Sürücü- ekspeditor (Servis)

Tam Ştat

Orta Səviyyə

750 AZN-dən

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 7 mart 2026

Təsvir

  • Şirkət tərəfindən təmin olunmuş avtomobilin düzgün idarəolunmasını;

  • Təhkim olunmuş nəqliyyat vasitəsinin təmizliyinə və səliqəli olmasına nəzarət edilməsi;

  • Nəqliyyat vasitəsinə müvafiq texniki xidmətin vaxtı-vaxtında göstərilməsi, ehtimal olunan nasazlıq zamanı rəhbərliyə öncədən məlumat verilməsi və nasazlıqların aradan qaldırılması;

  • Məhsulların anbardan təhvil alınması və yük maşınına yüklənməsi;

  • Məhsulların ərazi üzrə müvafiq ünvanlara təhlükəsiz, səliqəli və vaxtında çatdırılması;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirməsi.

Tələblər

  • B,C kateqoriyalı sürücülük vəsiqəsi;

  • Minimum 3 il sürücülük təcrübəsi;

  • Sərbəst avtomobil idarə etməli və yol hərəkət qaydalarını normal bilməli;

  • Bakı-Sumqayıt ərazisini yaxşı tanımalı;

  • Dəqiq, intizamlı, məsuliyyətli olmalı;

İş haqqında:

  • İş grafiki: Həftə içi 09:00-17:00; Şənbə 09:00-16:00;

  • Əmək haqqı: 840 Azn Gross;

  • İş yeri: Qarayev metrosunun yaxınlığı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8140

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya