Süni İntellekt üzrə kontent mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Sayt və sosial platformalar üçün motion dizayn əsaslı video kontentin hazırlanması - animasiyalar, intro və video icmallar;
Motion qrafika və vizual effektlərin yaradılması;
Photoshop və Illustrator vasitəsilə şəkil fonlarının hazırlanması, effektlərin tətbiqi və motion üçün vizual assetlərin hazırlanması;
Video və kontent istehsalında generative AI alətlərindən istifadə edilməsi;
AI vasitəsilə kreativ kontentin optimallaşdırılması;
Hazır şablonlar üzərində video istehsalı və adaptasiya;
Şirkətin vizual standartlarına uyğun kontentin hazırlanması.
Tələblər
After Effects və CapCut üzrə biliklər;
Photoshop və Illustrator ilə işləmə bacarığı;
Video montaj və animasiya prinsiplərini anlama;
Generative AI və kontent alətlərinə maraq;
Kreativ düşüncə və detallara diqqət;
Yeni texnologiyalara tez uyğunlaşmaq bacarığı.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8921
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+