"Summer X-perience 2026" Yay Təcrübə Proqramı
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
Proqram haqqında:
Kənd təsərrüfatı sahəsində karyera qurmaq istəyən tələbələr üçün Yay Təcrübə Proqramını elan edirik. Proqram iştirakçılara sahə üzrə praktiki biliklər qazanmaq, real istehsalat proseslərini yaxından müşahidə etmək və peşəkar mütəxəssislərlə birlikdə çalışmaq imkanı yaradır.
Bu təcrübə proqramı vasitəsilə siz həm nəzəri biliklərinizi praktikada tətbiq edə, həm də gələcək karyeranız üçün dəyərli iş təcrübəsi əldə edə bilərsiniz.
Vəzifə və öhdəliklər:
Yay tətilini səmərəli dəyərləndirmək;
Peşəkar mühitdə özünü inkişaf etdirmək;
İşlədiyi komandaya dəstək vermək;
Təşəbbüskar olmaq;
Öyrənməyə həvəsli olmaq;
Təcrübə müddətində pozitiv və kreativ yanaşmaq;
Nəticəyə fokuslanmaq.
Müraciət edə biləcəyiniz departamentlər:
Aqronomiya - Agro Dairy MMC, Hacıqabul ofisi
Əməliyyatlar - Agro Dairy MMC, Hacıqabul ofisi
Əməliyyatlar - Agro Dairy MMC, Samux ofisi
Əməliyyatlar - Agro Dairy MMC, Cəlilabad ofisi
İnzibati şöbə (Admin)- Agro Dairy MMC, Qarabağ ofisi
Keyfiyyətə nəzarət- ATS Mill MMC, Xırdalan
Keyfiyyətə nəzarət - ATS Soy MMC, Xırdalan
Keyfiyyətə nəzarət - ATS Feed MMC, Ağdaş
Maliyyə - Azer Yem MMC, Balakən
İnsan Resursları – Ağsu Agropark MMC, Ağsu
İnsan Resursları – Qəbələ Agropark MMC, Qəbələ
Heyvandarlıq-Yalama Agropark MMC, Xaçmaz/Qəbələ
Biz sizə nə təklif edirik?
2 ay müddətində rəsmi əmək haqqı ilə təmin edilən təcrübə proqramı;
Yeməklə və yaşayış yeri ilə təminat;
Təcrübə müddəti bitdikdən sonra iş təklifi əldə etmək imkanı;
Korporativ mühitdə iş təcrübəsi;
Kənd təsərrüfatı sahəsini ixtisaslaşmış və təcrübəli peşəkar mentorlardan öyrənmək imkanı.
Tələblər
Universitetin 3-cü və ya 4-cü kurs tələbəsi olmaq;
Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə;
MS Office proqramları ilə işləmə bacarığı;
Yüksək motivasiya;
Komandada işləmə və ünsiyyət bacarığı;
Təşəbbüskar olmaq və öyrənməyə açıq olmaq;
“Nəyə görə təcrübə proramında iştirak etmək istəyirsən?” mövzusunda 1 dəqiqəlik video çəkib müraciət zamanı yükləmək (Video müraciət sizə seçim zamanı əlavə bal qazandıracaq)
Vacib qeyd:
Motivasiya məktubunda müraciət etmək istədiyiniz departament mütləq qeyd olunmalıdır. Departamenti göstərilməyən müraciətlər nəzərə alınmayacaq.
Necə Müraciət Etmək Olar
Agro Dairy LLC
Manufacturing
Agro Dairy LLC Azərbaycanda fəaliyyət göstərən iri südçülük və aqrar-sənaye şirkətidir. Şirkət əsasən süd və süd məhsullarının istehsalı ilə məşğuldur və müasir texnologiyalar tətbiq etməklə yüksək keyfiyyət standartlarına uyğun məhsullar təqdim edir. Agro Dairy həm xammal istehsalı (heyvandarlıq), həm də emal prosesini vahid istehsal zənciri çərçivəsində idarə edir. Şirkət fəaliyyətində qida təhlükəsizliyi, innovativ istehsal və dayanıqlı kənd təsərrüfatı prinsiplərini əsas götürür. Agro Dairy daxili bazarın süd məhsullarına olan tələbatının qarşılanmasına töhfə verməklə yanaşı, aqrar sektorun inkişafı, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində də mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18496
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+