Yanğın Təhlükəsizliyi üzrə Məsləhətçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 4 iyun 2026
Təsvir
Şirkətin bütün müəssisələri üzrə yanğın təhlükəsizliyi siyasətinin, prosedurlarının, standartlarının və proqramlarının hazırlanmasını, tətbiq olunmasını və mütəmadi yenilənməsini təmin etmək;
Yanğın təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin, normativ-hüquqi aktların və daxili standartların tələblərinə uyğunluğa nəzarət etmək;
Zavodlar, anbarlar, fermalar, inzibati binalar və digər obyektlər üzrə müntəzəm yoxlama və auditlərin keçirilməsini təmin etmək;
Yanğın risklərinin müəyyən edilməsini, qiymətləndirilməsini və risklərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini koordinasiya etmək;
Uyğunsuzluqlar üzrə korrektiv tədbirlərin və fəaliyyət planlarının icrasına nəzarət etmək;
Təxliyə planlarının, fövqəladə hallara cavab prosedurlarının və digər əlaqəli sənədlərin hazırlanmasını və yenilənməsini təmin etmək;
Yanğınsöndürmə vasitələrinin, siqnalizasiya sistemlərinin, hidrantların və digər yanğın təhlükəsizliyi avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək;
Yanğın və təxliyə təlimlərinin, fövqəladə hallar üzrə məşqlərin təşkil edilməsini və koordinasiya olunmasını təmin etmək;
Fövqəladə Hallar Nazirliyi ilə yoxlamalar, auditlər və digər rəsmi proseslər çərçivəsində əsas əlaqələndirici şəxs qismində çıxış etmək;
Yoxlamalar zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesini izləmək və nəzarətdə saxlamaq;
Əməkdaşlar və podratçı təşkilatlar üçün yanğın təhlükəsizliyi üzrə təlimlərin, maarifləndirmə sessiyalarının və induksiya proqramlarının keçirilməsini təmin etmək;
anğın təhlükəsizliyi göstəricilərinin monitorinq edilməsini və rəhbərliyə mütəmadi hesabatların təqdim olunmasını təmin etmək;
Müxtəlif müəssisə və struktur bölmələri üzrə yanğın təhlükəsizliyi fəaliyyətlərinin koordinasiya olunmasını təmin etmək.
Tələblər
Yanğın təhlükəsizliyi, fövqəladə hallar və ya müvafiq texniki sahə üzrə ali və ya xüsusi təhsilinə malik olmaq;
Yanğın təhlükəsizliyi sahəsində minimum 10 il peşəkar iş təcrübəsinə malik olmaq;
Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi üzrə qanunvericiliyini və normativ-hüquqi tələblərini dərindən bilmək;
AZS, SNIP, NFPA, EN və digər yerli və beynəlxalq standartlar üzrə bilik və praktiki tətbiq təcrübəsinə malik olmaq;
Yanğın risklərinin qiymətləndirilməsi, təhlükələrin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması sahəsində təcrübəyə malik olmaq;
Yanğın təhlükəsizliyi üzrə audit, yoxlama və uyğunluq qiymətləndirmələrinin aparılması bacarığına malik olmaq;
Təlimlərin keçirilməsi, prosedurların hazırlanması və əməkdaşların maarifləndirilməsi sahəsində təcrübəyə malik olmaq üstünlük hesab edilir;
MS Office proqramlarında sərbəst işləmək bacarığına malik olmaq;
Mütəmadi ezamiyyətlərə və regionlara səfər etməyə hazır olmaq;
Sürücülük vəsiqəsinə malik olmaq və nəqliyyat vasitəsini sərbəst idarə etmək;
Analitik düşünmə, yüksək ünsiyyət və təşkilatçılıq bacarıqlarına malik olmaq.
Necə Müraciət Etmək Olar
Agro Dairy LLC
Manufacturing
Agro Dairy LLC Azərbaycanda fəaliyyət göstərən iri südçülük və aqrar-sənaye şirkətidir. Şirkət əsasən süd və süd məhsullarının istehsalı ilə məşğuldur və müasir texnologiyalar tətbiq etməklə yüksək keyfiyyət standartlarına uyğun məhsullar təqdim edir. Agro Dairy həm xammal istehsalı (heyvandarlıq), həm də emal prosesini vahid istehsal zənciri çərçivəsində idarə edir. Şirkət fəaliyyətində qida təhlükəsizliyi, innovativ istehsal və dayanıqlı kənd təsərrüfatı prinsiplərini əsas götürür. Agro Dairy daxili bazarın süd məhsullarına olan tələbatının qarşılanmasına töhfə verməklə yanaşı, aqrar sektorun inkişafı, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində də mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17540
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+