Ana Səhifə
Vakansiyalar

Strategiya və planlaşdırma üzrə aparıcı mütəxəssis

Strategiya və planlaşdırma üzrə aparıcı mütəxəssis

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 5 iyun 2026

Təsvir

Strategiya və planlaşdırma üzrə aparıcı mütəxəssi

PAŞA Sığorta ASC namizədləri Strategiya və planlaşdırma üzrə aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə şirkətin strateji hədəflərinə nail olunmasında, illik büdcə və proqnozların hazırlanmasında, biznes modellərin emalında və bazar təhlilinin aparılmasında əsas rol oynayır; vəzifə sahibindən sığorta sahəsində qanunvericilik bilikləri, analitik və kritik düşüncə, eləcə də planlama və nəzarət proseslərinin effektiv icrası gözlənilir.

Öhdəliklər

  • Şirkətin illik büdcə planlanmasının hazırlanması və təsdiq edilməsini təmin etmək

  • Şirkətin strategiyasının hazırlanması və təsdiq edilməsini təmin etmək

  • Müxtəlif dövrlər üçün proqnoz hesabatların hazırlanması

  • Strategiyanın icrasına nəzarət etmək

  • Biznes modellərin emalı və təhlili

  • Bazar təhlilinin (benchmarking, bazar iştirakçılarının təhlili) aparılması

Bilik və Bacarıqlar

  • Komputer bilikləri və şirkət daxili ERP sistemləri üzrə orta səviyyədə biliklər

  • Microsoft Office proqramlarında əla biliklər

  • Python, SQL, Power BI və Alteryx üzrə orta biliklər

  • Sığorta fəaliyyəti haqqında qanunvericilik üzrə əla biliklər

  • BMHS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə biliklər

  • Detallara diqqət və planlama bacarıqları

  • Məsuliyyətlilik və yazışma qaydaları

  • Problem həll etmə və kritik düşünmə bacarıqları

  • Analitik düşüncə qabiliyyəti

  • Dürüstlük və yüksək etik standartlar

  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Biznes, Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat sahəsində ali təhsil (bakalavr)

  • Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi

  • ACCA, CIMA və ya CFA bilikləri arzuolunandır

Bizim Təklifimiz

  • Peşəkar və dinamik komandada çalışma imkanı

  • Şəxsi və peşəkar inkişaf üçün müxtəlif təlim və öyrənmə imkanları

  • İnnovativ və şəffaf iş mühiti

  • Şirkətin inkişafında real təsir imkanı

  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Leading specialist in strategy and planning

PASHA Insurance OJSC invites candidates to apply for the position of Leading specialist in strategy and planning and become a member of our professional team.

This role plays a key part in achieving the company’s strategic objectives by preparing annual budgets and forecasts, processing business models, and conducting market analysis; the incumbent is expected to demonstrate expertise in insurance legislation, analytical and critical thinking, as well as effective execution of planning and control processes.

Responsibilities

  • Ensure preparation and approval of the company’s annual budget plan

  • Ensure preparation and approval of the company’s strategy

  • Prepare forecast reports for various periods

  • Monitor the execution of the strategy

  • Process and analyze business models

  • Conduct market analysis (benchmarking, analysis of market participants)

Knowledge and Skills

  • Computer literacy and intermediate knowledge of internal ERP systems

  • Excellent knowledge of Microsoft Office programs

  • Intermediate knowledge of Python, SQL, Power BI, and Alteryx

  • Excellent knowledge of insurance legislation

  • Knowledge of IFRS (International Financial Reporting Standards)

  • Attention to detail and planning skills

  • Accountability and business correspondence skills

  • Problem-solving and critical thinking abilities

  • Analytical mindset

  • Integrity and high ethical standards

  • Language skills: Azerbaijani, English, Russian

Education and Experience

  • Bachelor’s degree in Business, Finance, Accounting, or Economics

  • At least 3 years of relevant work experience

  • Knowledge of ACCA, CIMA, or CFA is preferred

What we offer

  • Opportunity to work in a professional and dynamic team

  • Various training and learning opportunities for personal and professional growth

  • Innovative and transparent work environment

  • Real impact on company development

  • Opportunity to work in a “Great Place To Work” certified company.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

Only candidates who meet the initial selection criteria will be contacted.

Necə Müraciət Etmək Olar

PASHA Insurance

PASHA Insurance

Finance

PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15897

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Backend Developer

Tam Ştat

“PAŞA Sığorta” ASC namizədləri Backend Developer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri PAŞA Sığorta-nın mövcud olan informasiya sistemlərinin texniki dəstəyi və inkişafı; İnformasiya sistemlərində yaranan nasazlığa dərhal reaksiya verir və sistemlərin xidmətində pozuntuların aradan qaldırılması üzrə müvafiq, təcili tədbirlər görür; Təlimata uyğun olaraq sistemlərdə olan xidməti informasiyanın bərpası və bütövlüyünün sistematik yoxlanılmasını təmin edir; Yeni sistemlərin tətbiqində və yaratmasında üçüncü tərəf təşkilatların iş prosesini təşkil edir; Mobil tətbiq və digər servis üzərindən qoşulmalar üçün lazım olan API və s. hazırlanmasında digər proqramçılarla birgə işləmə; Birbaşa rəhbəri tərəfindən İT infrastrukturuna aid olan digər tapşırıqları yerinə yetirir. Təhsil və ixtisas Ali-bakalavr Sertifikatlar Arzuolunandır İş şərtləri Təcrübə:2 il Bilik və bacarıqlar Sahə/ixtisas bilik, bacarıqları C#.NET və ASP.NET MVC/Core – praktik təcrübə HTML, CSS, JavaScript, jQuery – yüksək səviyyə Veb servislərlə iş (RESTful API, SOAP) MS SQL Server və Entity Framework – orta/yaxşı səviyyədə Sistem inteqrasiyası və API-lərlə çalışma Debugging və performans analizləri CI/CD və DevOps-a giriş bilikləri Davranış bacarıqları Planlama və təşəbbüskarlıq Analitik düşüncə Özünümotivasiya və nəticə yönümlü iş Tapşırıqların vaxtında və düzgün icrası Komandada effektiv əməkdaşlıq Dil bilikləri Azerbaijani, English Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bakı

QA mühəndis

Tam Ştat

PAŞA Sığorta ASC namizədləri  QA mühəndis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Məhsulların keyfiyyətinin təmin olunmasında əsas rol oynayan bu vəzifə, mobil və veb tətbiqlərin manual testləşdirilməsi, API yoxlamalarının aparılması və test sənədlərinin hazırlanması üzrə məsuliyyət daşıyır. CoE QA Liderinin rəhbərliyi altında developerlər, analitiklər və digər QA mütəxəssisləri ilə sıx əməkdaşlıq edərək, şirkətin müştəriyə yönəlmiş platformalarının etibarlılığı və performansının yüksəldilməsinə töhfə verir. Öhdəliklər Mobil və veb tətbiqlər üçün manual test ssenarilərinin hazırlanması, yazılması və icra edilməsi. Funksional, reqressiya, inteqrasiya və eksplorator testlərin aparılması. Postman, Swagger və digər alətlərdən istifadə edərək API testlərinin həyata keçirilməsi, məlumatların, cavabların və səhv emalının yoxlanılması. Test planları, test ssenariləri, yoxlama siyahıları və bug hesabatlarının hazırlanması və saxlanılması. Developer və məhsul menecerləri ilə tələblərin dəqiqləşdirilməsi və risklərin erkən müəyyənləşdirilməsi üçün əməkdaşlıq. Həll edilmiş problemlərin yenidən test edilməsi və buraxılışa hazırlıq yoxlamalarında iştirak. Bilik və Bacarıqlar Mobil və veb tətbiqlərin testləşdirilməsi üzrə biliklər. API testləri üçün Postman, Swagger və oxşar alətlərdən istifadə bacarığı. SDLC, STLC və Agile metodologiyaları üzrə anlayış. Aydın və təkrarlana bilən bug və test ssenarilərinin sənədləşdirilməsi bacarığı. Yüksək diqqətlilik və proqram təminatının keyfiyyətinə həvəs. API test avtomatlaşdırması ilə tanışlıq üstünlükdür. CI/CD alətləri (GitLab CI, Azure DevOps pipelines) ilə işləmə bacarığı. Əsas SQL bilikləri və məlumatların yoxlanılması. Sığorta və ya fintech sahəsində ilkin tanışlıq. JSON/XML strukturunun əsas bilikləri. JIRA və Qase kimi test case idarəetmə alətləri ilə tanışlıq. C#, JS/TS, Java, Python üzrə əsas proqramlaşdırma/scripting bacarıqları. Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Ali təhsil Manual proqram təminatı testləri üzrə 2-4 il təcrübə. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komanda ilə əməkdaşlıq imkanı. Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları. Şirkətin innovativ layihələrində iştirak və real təsir yaratmaq imkanı. Şəffaflıq və açıq ünsiyyətə əsaslanan iş mühiti. “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Davamlı peşəkar inkişaf imkanları; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə aparıcı/baş mütəxəssis

Tam Ştat

PAŞA Sığorta ASC namizədləri Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Şirkətdə daxili nəzarət mexanizmlərinin effektivliyinin artırılması və dələduzluq risklərinin minimallaşdırılması məqsədilə nəzarət mexanizmlərinin qiymətləndirilməsi, araşdırmaların aparılması və struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi üzrə geniş səlahiyyət və məsuliyyətə malik olan bu vəzifə, biznes proseslərinin təhlili, nəzarət mexanizmlərinin dizaynı və tətbiqi, dələduzluq hallarının araşdırılması və şirkətin normativ uyğunluğunun təmin edilməsində mühüm rol oynayır. Öhdəliklər Biznes proseslərin təhlili, qiymətləndirilməsi və mövcud nəzarət mexanizmlərinin effektivliyinin təhlil edilməsi Nəzarət mexanizmlərinin dizayn edilməsi və tətbiqində iştirak Tətbiq edilmiş nəzarət mexanizmlərinin effektivliyinin monitorinqi Aşkar edilmiş nəzarət boşluqları və uyğunsuzluqlar üzrə tövsiyələrin hazırlanması Müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin izlənilməsi və nəticələrin monitorinqi Aşkarlama imkanlarını artırmaq üçün dələduzluq tendensiyaları və metodologiyaları ilə qaydaların, indikatorların, skorinq modellərin hazırlanmasında iştirak və mütəmadi optimallaşdırmaq Dələduzluq halları üzrə araşdırmaların aparılması Funksiyanın fəaliyyətinə uyğun siyasət və prosedur, təlimatların hazırlanmasında iştirak və optimallaşdırmaq Normativ sənədlərə, daxili qaydalara və prosedurlara əməl olunmasına nəzarət İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək "Root cause" analizlər aparmaqla sistemli problemlərin müəyyən edilməsi Bilik və Bacarıqlar Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində praktiki biliklər Araşdırma və analiz bacarıqları Məlumatların təhlili və nəticələrin vizual təqdimatı Normativ sənədlərlə işləmə və uyğunluğun təmin edilməsi bacarığı Müsahibə aparma bacarığı Analitik və məntiqi düşünmə Yüksək diqqətlilik və detallara həssaslıq Etik davranış və məxfilik prinsiplərinə riayət Problemlərin həlli və qərarvermə bacarığı Komandada işləmə və təşəbbüskarlıq Emosional stabillik və məsuliyyətlilik Yaxşı ünsiyyət qurmaq Dil bilikləri: Azərbaycan, İngilis Təhsil və Təcrübə Ali təhsil (bakalavr və ya magistr) – Audit, Maliyyə, Riyaziyyat, İqtisadiyyat, Hüquq ixtisasları üzrə Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində minimum 2 il iş təcrübəsi CIA və/və ya CFE sertifikatlarının olması arzuolunandır Bizim Təklifimiz Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı Şəffaf və dəstəkləyici iş mühiti Davamlı öyrənmə və peşəkar inkişaf imkanları Şirkətin fəaliyyətində real təsir yaratmaq imkanı “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.