QA mühəndis
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri QA mühəndis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Məhsulların keyfiyyətinin təmin olunmasında əsas rol oynayan bu vəzifə, mobil və veb tətbiqlərin manual testləşdirilməsi, API yoxlamalarının aparılması və test sənədlərinin hazırlanması üzrə məsuliyyət daşıyır. CoE QA Liderinin rəhbərliyi altında developerlər, analitiklər və digər QA mütəxəssisləri ilə sıx əməkdaşlıq edərək, şirkətin müştəriyə yönəlmiş platformalarının etibarlılığı və performansının yüksəldilməsinə töhfə verir.
Öhdəliklər
Mobil və veb tətbiqlər üçün manual test ssenarilərinin hazırlanması, yazılması və icra edilməsi.
Funksional, reqressiya, inteqrasiya və eksplorator testlərin aparılması.
Postman, Swagger və digər alətlərdən istifadə edərək API testlərinin həyata keçirilməsi, məlumatların, cavabların və səhv emalının yoxlanılması.
Test planları, test ssenariləri, yoxlama siyahıları və bug hesabatlarının hazırlanması və saxlanılması.
Developer və məhsul menecerləri ilə tələblərin dəqiqləşdirilməsi və risklərin erkən müəyyənləşdirilməsi üçün əməkdaşlıq.
Həll edilmiş problemlərin yenidən test edilməsi və buraxılışa hazırlıq yoxlamalarında iştirak.
Bilik və Bacarıqlar
Mobil və veb tətbiqlərin testləşdirilməsi üzrə biliklər.
API testləri üçün Postman, Swagger və oxşar alətlərdən istifadə bacarığı.
SDLC, STLC və Agile metodologiyaları üzrə anlayış.
Aydın və təkrarlana bilən bug və test ssenarilərinin sənədləşdirilməsi bacarığı.
Yüksək diqqətlilik və proqram təminatının keyfiyyətinə həvəs.
API test avtomatlaşdırması ilə tanışlıq üstünlükdür.
CI/CD alətləri (GitLab CI, Azure DevOps pipelines) ilə işləmə bacarığı.
Əsas SQL bilikləri və məlumatların yoxlanılması.
Sığorta və ya fintech sahəsində ilkin tanışlıq.
JSON/XML strukturunun əsas bilikləri.
JIRA və Qase kimi test case idarəetmə alətləri ilə tanışlıq.
C#, JS/TS, Java, Python üzrə əsas proqramlaşdırma/scripting bacarıqları.
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
Ali təhsil
Manual proqram təminatı testləri üzrə 2-4 il təcrübə.
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komanda ilə əməkdaşlıq imkanı.
Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları.
Şirkətin innovativ layihələrində iştirak və real təsir yaratmaq imkanı.
Şəffaflıq və açıq ünsiyyətə əsaslanan iş mühiti.
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Davamlı peşəkar inkişaf imkanları;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15147
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
501-1000