Ana Səhifə
Vakansiyalar

Sistem administratoru

Sistem administratoru

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

“PAŞA Sığorta” ASC namizədləri  Sistem administratoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

  • Server və şəbəkə infrastrukturunun fasiləsiz və stabil işləməsinin təmin edilməsi;

  • Windows və Linux serverlərin quraşdırılması, konfiqurasiyası və administrasiyası;

  • Active Directory mühitinin idarə edilməsi (user, group, policy və s.);

  • Virtual maşınların yaradılması, resursların optimallaşdırılması və monitorinqi;

  • Backup və bərpa prosedurlarının icrası və mütəmadi test edilməsi;

  • Təhlükəsizlik siyasətlərinin tətbiqi və patch management prosesinin icrası;

  • Şəbəkə və firewall qaydalarının idarə olunması;

  • Sistem problemlərinin analiz edilməsi və operativ aradan qaldırılması;

  • Sistem performansının monitorinqi və optimallaşdırılması;

  • Yeni sistemlərin qurulması və mövcud sistemlərin təkmilləşdirilməsi layihələrində iştirak;

  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;

  • İT aktivlərinin inventarizasiyası və sənədləşməsinin aparılması;

  • DR (Disaster Recovery) və Business Continuity planlarının icrasında iştirak.

Bacarıqlar / Biliklər

  • Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky və s.) əməliyyat sistemləri üzrə inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər;

  • Active Directory (AD DS) – User/Group management, GPO, OU strukturu, DNS, DHCP üzrə təcrübə;

  • File Server, Print Server və Share permission modelləri üzrə praktiki biliklər;

  • Virtualizasiya texnologiyaları – vmWare (ESXi, vCenter), VM provisioning və resurs idarəetməsi;

  • Backup həlləri ilə iş təcrübəsi – Veeam və ya oxşar sistemlər (backup policy, restore, DR ssenariləri);

  • Şəbəkə əsasları – TCP/IP, VLAN, Subnetting, NAT, Firewall əsasları;

  • Firewall və təhlükəsizlik sistemləri – Fortigate, Sophos, Palo Alto və ya oxşar həllərlə iş təcrübəsi;

  • Antivirus və Endpoint Security sistemləri ilə iş təcrübəsi;

  • Mail sistemləri – Microsoft Exchange (on-prem və ya Online) üzrə biliklər;

  • Monitoring alətləri – Zabbix, PRTG, Nagios və ya oxşar sistemlərlə iş təcrübəsi;

  • Loglama və audit mexanizmləri üzrə anlayış;

  • PowerShell və ya Bash scripting üzrə əsas biliklər;

  • Storage sistemləri (SAN/NAS) üzrə bilik və LUN idarəetməsi təcrübəsi;

  • İT təhlükəsizlik prinsipləri – access control, patch management, vulnerability management anlayışı;

  • ITIL əsasları – Incident, Problem, Change management prosesləri üzrə anlayış;

  • Microsoft 365 (Teams, SharePoint, OneDrive) inzibatçılığı üzrə təcrübə;

Təhsil və ixtisas

  • Ali, kompüter elmləri

Sertifikatlar

  • Sertifikatlar arzuolunandır (MCSA, MCSE, VCP və s.).

Bilik və bacarıqlar

  • Scripting üzrə bacarıqlar

  • Şəbəkə texnologiyalarının prinsiplərini bilmək

  • Distributed File System (DFS) üzrə bacarıqlar

  • Şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə

  • Vmware Vsphere, MS Hyper-v) texnologiyaları

  • Windows Server və Linux mühitlərinin qurulması, konfiqurasiyası və idarə olunması

  • Yüksək əlçatanlıq (HA) və failover mexanizmlərinin tətbiqi

  • Backup və restore strategiyalarının qurulması və test edilməsi

  • Active Directory, Group Policy, DNS, DHCP və fayl serverlərinin administrasiyası

Dil bilikləri

  • Azərbaycan,İngilis və Rus dilləri.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

PASHA Insurance

PASHA Insurance

Finance

PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15148

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

QA mühəndis

Tam Ştat

PAŞA Sığorta ASC namizədləri  QA mühəndis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Məhsulların keyfiyyətinin təmin olunmasında əsas rol oynayan bu vəzifə, mobil və veb tətbiqlərin manual testləşdirilməsi, API yoxlamalarının aparılması və test sənədlərinin hazırlanması üzrə məsuliyyət daşıyır. CoE QA Liderinin rəhbərliyi altında developerlər, analitiklər və digər QA mütəxəssisləri ilə sıx əməkdaşlıq edərək, şirkətin müştəriyə yönəlmiş platformalarının etibarlılığı və performansının yüksəldilməsinə töhfə verir. Öhdəliklər Mobil və veb tətbiqlər üçün manual test ssenarilərinin hazırlanması, yazılması və icra edilməsi. Funksional, reqressiya, inteqrasiya və eksplorator testlərin aparılması. Postman, Swagger və digər alətlərdən istifadə edərək API testlərinin həyata keçirilməsi, məlumatların, cavabların və səhv emalının yoxlanılması. Test planları, test ssenariləri, yoxlama siyahıları və bug hesabatlarının hazırlanması və saxlanılması. Developer və məhsul menecerləri ilə tələblərin dəqiqləşdirilməsi və risklərin erkən müəyyənləşdirilməsi üçün əməkdaşlıq. Həll edilmiş problemlərin yenidən test edilməsi və buraxılışa hazırlıq yoxlamalarında iştirak. Bilik və Bacarıqlar Mobil və veb tətbiqlərin testləşdirilməsi üzrə biliklər. API testləri üçün Postman, Swagger və oxşar alətlərdən istifadə bacarığı. SDLC, STLC və Agile metodologiyaları üzrə anlayış. Aydın və təkrarlana bilən bug və test ssenarilərinin sənədləşdirilməsi bacarığı. Yüksək diqqətlilik və proqram təminatının keyfiyyətinə həvəs. API test avtomatlaşdırması ilə tanışlıq üstünlükdür. CI/CD alətləri (GitLab CI, Azure DevOps pipelines) ilə işləmə bacarığı. Əsas SQL bilikləri və məlumatların yoxlanılması. Sığorta və ya fintech sahəsində ilkin tanışlıq. JSON/XML strukturunun əsas bilikləri. JIRA və Qase kimi test case idarəetmə alətləri ilə tanışlıq. C#, JS/TS, Java, Python üzrə əsas proqramlaşdırma/scripting bacarıqları. Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Ali təhsil Manual proqram təminatı testləri üzrə 2-4 il təcrübə. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komanda ilə əməkdaşlıq imkanı. Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları. Şirkətin innovativ layihələrində iştirak və real təsir yaratmaq imkanı. Şəffaflıq və açıq ünsiyyətə əsaslanan iş mühiti. “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Davamlı peşəkar inkişaf imkanları; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə aparıcı/baş mütəxəssis

Tam Ştat

PAŞA Sığorta ASC namizədləri Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Şirkətdə daxili nəzarət mexanizmlərinin effektivliyinin artırılması və dələduzluq risklərinin minimallaşdırılması məqsədilə nəzarət mexanizmlərinin qiymətləndirilməsi, araşdırmaların aparılması və struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi üzrə geniş səlahiyyət və məsuliyyətə malik olan bu vəzifə, biznes proseslərinin təhlili, nəzarət mexanizmlərinin dizaynı və tətbiqi, dələduzluq hallarının araşdırılması və şirkətin normativ uyğunluğunun təmin edilməsində mühüm rol oynayır. Öhdəliklər Biznes proseslərin təhlili, qiymətləndirilməsi və mövcud nəzarət mexanizmlərinin effektivliyinin təhlil edilməsi Nəzarət mexanizmlərinin dizayn edilməsi və tətbiqində iştirak Tətbiq edilmiş nəzarət mexanizmlərinin effektivliyinin monitorinqi Aşkar edilmiş nəzarət boşluqları və uyğunsuzluqlar üzrə tövsiyələrin hazırlanması Müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin izlənilməsi və nəticələrin monitorinqi Aşkarlama imkanlarını artırmaq üçün dələduzluq tendensiyaları və metodologiyaları ilə qaydaların, indikatorların, skorinq modellərin hazırlanmasında iştirak və mütəmadi optimallaşdırmaq Dələduzluq halları üzrə araşdırmaların aparılması Funksiyanın fəaliyyətinə uyğun siyasət və prosedur, təlimatların hazırlanmasında iştirak və optimallaşdırmaq Normativ sənədlərə, daxili qaydalara və prosedurlara əməl olunmasına nəzarət İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək "Root cause" analizlər aparmaqla sistemli problemlərin müəyyən edilməsi Bilik və Bacarıqlar Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində praktiki biliklər Araşdırma və analiz bacarıqları Məlumatların təhlili və nəticələrin vizual təqdimatı Normativ sənədlərlə işləmə və uyğunluğun təmin edilməsi bacarığı Müsahibə aparma bacarığı Analitik və məntiqi düşünmə Yüksək diqqətlilik və detallara həssaslıq Etik davranış və məxfilik prinsiplərinə riayət Problemlərin həlli və qərarvermə bacarığı Komandada işləmə və təşəbbüskarlıq Emosional stabillik və məsuliyyətlilik Yaxşı ünsiyyət qurmaq Dil bilikləri: Azərbaycan, İngilis Təhsil və Təcrübə Ali təhsil (bakalavr və ya magistr) – Audit, Maliyyə, Riyaziyyat, İqtisadiyyat, Hüquq ixtisasları üzrə Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində minimum 2 il iş təcrübəsi CIA və/və ya CFE sertifikatlarının olması arzuolunandır Bizim Təklifimiz Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı Şəffaf və dəstəkləyici iş mühiti Davamlı öyrənmə və peşəkar inkişaf imkanları Şirkətin fəaliyyətində real təsir yaratmaq imkanı “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tibbi ekspert

Tam Ştat

PAŞA Sığorta ASC namizədləri Tibbi ekspert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Tibbi ekspert vəzifəsi, tibbi sığorta üzrə hadisələrin ekspertizasının aparılması, tibb müəssisələri ilə effektiv əməkdaşlığın təşkili, sığorta ödənişlərinin əsaslandırılması və tibbi-maliyyə təhlilinin həyata keçirilməsi ilə şirkətin xidmət keyfiyyətinin və maliyyə dayanıqlılığının təmin olunmasında mühüm rol oynayır. Öhdəliklər Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin nümayəndələri və müalicə həkimləri ilə əlaqələrin yaradılması və tibbi sığorta prinsiplərinin izahı Sığorta hadisələri üzrə daxil olan sənədlərin təhlili və tibbi-maliyyə ekspertizasının aparılması, zəruri hallarda ekspertizanı birbaşa tibb müəssisəsində keçirmək Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildikdə Sığorta Aktının hazırlanması Əlaqə Mərkəzinin əməkdaşlarına klinikalarla iş xüsusiyyətlərinin izahı və cari məsələlərin həllində dəstək göstərilməsi Şirkətin subkontraktor olmayan tibb müəssisələrinə müraciət edən sığorta olunanlar üçün ödənişin təmin edilməsi Sığorta mübahisələri üzrə məhkəmə çəkişmələri üçün ekspert rəyinin hazırlanması Şirkət tərəfindən təyin olunmuş periodik hədəflərə çatmaq və maraqların toqquşması hallarında tam və doğru məlumat vermək Müştəri və əməkdaş məlumatlarının qorunmasını təmin etmək Sığorta olunan şəxslərin hospitalizasiyasının təşkili və müalicə prosesinə nəzarət Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsini təmin etmək Sığorta olunanlara ödənilməsi tələb olunan hallarda ekspertiza aparmaq Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi Bilik və Bacarıqlar Tibbi biliklər və tibbi-maliyyə ekspertiza bacarıqları Ünsiyyət qurmaq və komandada işləmək bacarığı Qeyri-standart vəziyyətlərə çevik reaksiya vermək Məntiqi təfəkkür və analitik yanaşma Məsuliyyətlilik və etibarlılıq Stresə davamlılıq və yüksək işgüzarlıq Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və rus dili bilikləri arzuolunandır Təhsil və Təcrübə Ali tibb təhsili Tibbi sahədə minimum 3 il iş təcrübəsi Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar Şəffaf və innovativ iş mühiti Şirkətin biznes uğuruna töhfə vermək imkanı “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. PASHA Insurance OJSC invites candidates to apply for the position of Medical Expert and become a member of our professional team. The Medical Expert plays a key role in ensuring the quality and financial sustainability of the company’s services by conducting medical insurance case evaluations, facilitating effective cooperation with medical institutions, substantiating insurance payments, and performing medical-financial analysis. Responsibilities Establishing direct communication with representatives of medical institutions and attending physicians to protect the interests of insured persons and explaining medical insurance principles Analyzing documents received for insurance cases and conducting medical-financial expertise, including on-site evaluations at medical institutions when necessary Preparing the Insurance Act when a decision is made to process an insurance payment Supporting Assistance Center staff by explaining the specifics of working with clinics and assisting with current issues Ensuring payments for insured persons who apply to non-subcontractor medical institutions Preparing expert opinions for court proceedings related to insurance disputes Achieving periodic targets set by the company and providing accurate information in cases of conflict of interest Ensuring the protection of customer and employee data Organizing hospitalizations and monitoring the treatment process for insured persons Ensuring settlement of insurance cases under medical insurance Conducting expertise in cases requiring payment to insured persons Fulfilling other tasks assigned by direct supervisor Knowledge and Skills Medical knowledge and medical-financial expertise skills Strong communication and teamwork abilities Ability to respond quickly to non-standard situations Logical thinking and analytical approach Responsibility and reliability Stress resistance and high work ethic Language skills: Azerbaijani -fluent, English and Russian is desirable Education and Experience Higher medical education Minimum 3 years of work experience in the medical field What we offer Collaboration in a professional and supportive team Extensive opportunities for personal and professional development Transparent and innovative work environment Opportunity to contribute to the company’s business success Opportunity to work in a “Great Place To Work” certified company. Interested candidates can apply by clicking the link provided in the "Apply" button. Only candidates who meet the initial selection criteria will be contacted.