Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə aparıcı/baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 16 may 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Şirkətdə daxili nəzarət mexanizmlərinin effektivliyinin artırılması və dələduzluq risklərinin minimallaşdırılması məqsədilə nəzarət mexanizmlərinin qiymətləndirilməsi, araşdırmaların aparılması və struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi üzrə geniş səlahiyyət və məsuliyyətə malik olan bu vəzifə, biznes proseslərinin təhlili, nəzarət mexanizmlərinin dizaynı və tətbiqi, dələduzluq hallarının araşdırılması və şirkətin normativ uyğunluğunun təmin edilməsində mühüm rol oynayır.
Öhdəliklər
Biznes proseslərin təhlili, qiymətləndirilməsi və mövcud nəzarət mexanizmlərinin effektivliyinin təhlil edilməsi
Nəzarət mexanizmlərinin dizayn edilməsi və tətbiqində iştirak
Tətbiq edilmiş nəzarət mexanizmlərinin effektivliyinin monitorinqi
Aşkar edilmiş nəzarət boşluqları və uyğunsuzluqlar üzrə tövsiyələrin hazırlanması
Müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin izlənilməsi və nəticələrin monitorinqi
Aşkarlama imkanlarını artırmaq üçün dələduzluq tendensiyaları və metodologiyaları ilə qaydaların, indikatorların, skorinq modellərin hazırlanmasında iştirak və mütəmadi optimallaşdırmaq
Dələduzluq halları üzrə araşdırmaların aparılması
Funksiyanın fəaliyyətinə uyğun siyasət və prosedur, təlimatların hazırlanmasında iştirak və optimallaşdırmaq
Normativ sənədlərə, daxili qaydalara və prosedurlara əməl olunmasına nəzarət
İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək
"Root cause" analizlər aparmaqla sistemli problemlərin müəyyən edilməsi
Bilik və Bacarıqlar
Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində praktiki biliklər
Araşdırma və analiz bacarıqları
Məlumatların təhlili və nəticələrin vizual təqdimatı
Normativ sənədlərlə işləmə və uyğunluğun təmin edilməsi bacarığı
Müsahibə aparma bacarığı
Analitik və məntiqi düşünmə
Yüksək diqqətlilik və detallara həssaslıq
Etik davranış və məxfilik prinsiplərinə riayət
Problemlərin həlli və qərarvermə bacarığı
Komandada işləmə və təşəbbüskarlıq
Emosional stabillik və məsuliyyətlilik
Yaxşı ünsiyyət qurmaq
Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
Ali təhsil (bakalavr və ya magistr) – Audit, Maliyyə, Riyaziyyat, İqtisadiyyat, Hüquq ixtisasları üzrə
Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində minimum 2 il iş təcrübəsi
CIA və/və ya CFE sertifikatlarının olması arzuolunandır
Bizim Təklifimiz
Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı
Şəffaf və dəstəkləyici iş mühiti
Davamlı öyrənmə və peşəkar inkişaf imkanları
Şirkətin fəaliyyətində real təsir yaratmaq imkanı
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15146
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000