Sosial media marketinqi (SMM) üzrə mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 5 may 2026
Təsvir
Siz, Mərkəzimizin missiyasını işıqlandırmaq istiqamətində əhəmiyyətli rola sahib olacaqsınız. Əsas işiniz xidmətlərimizi, xilasetmə hekayələrimizi və sahibləndirmə uğurlarımızı auditoriyaya çatdıracaq maraqlı və pozitiv məzmunlar yaratmaqdan ibarət olacaqdır.
Əsas öhdəliklər:
Məzmun yaradılması: Mərkəzdəki gündəlik həyatı, xidmətləri və heyvanların xoşbəxtliyini əks etdirən yüksək keyfiyyətli videolar (Reels/TikTok və s.) və fotolar çəkmək və montaj etmək;
Platformaların idarə edilməsi: İnstaqram və digər sosial media platformalarındakı hesablarımızı idarə etmək və təkmilləşdirmək;
IDEA Heyvanlara Qayğı Mərkəzinin rəsmi veb-saytını davamlı təkmilləşdirmək;
Pozitiv və dinamik tonda cəlbedici mətnlər və hekayələr hazırlamaq;
Dizayn proqramlarından istifadə edərək sadə və minimalist qrafikalar və tərtibatlar hazırlamaq;
Mərkəzin missiyasını və dəyərlərini təmsil etmək üçün müvafiq tədbirlərdə, görüşlərdə və digər fəaliyyətlərdə iştirak etmək.
Tələblər
Tələblər və Bacarıqlar
Müvafiq sahə üzrə ali təhsil və təcrübəyə üstünlük verilir;
Foto/video çəkilişləri və mobil montaj sahəsində baza bilikləri;
Sadə vizual materiallar üçün dizayn proqramlarından istifadə bacarığı;
İzləyici kütləsini cəlb etmək üçün güclü yazı (kopiraytinq) bacarığı;
Heyvanlara qayğı göstərilən mühitdə və klinika şəraitində işləməyə uyğun olmaq;
Heyvanlara qarşı səmimi sevgi və onların sağlam olması və sahibləndirilməsini görmək istəyi.
Biz necə namizəd axtarışındayıq?
Əvvəlki iş təcrübəsi və müvafiq təhsil üstünlük hesab edilsə də, öyrənməyə can atmaq və həvəs bizim üçün əsas prioritetdir. Biz iddialı, empatiya qurmağı bacaran və sürətli, faydalı bir iş mühitinə daxil olmağa hazır olan namizəd axtarışındayıq.
İş şərtləri
5 günlük iş rejimi
İş ünvanı: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 19-cu km
Yaradıcı komanda mühiti
Sabit və uzunmüddətli əməkdaşlıq
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən olunur
Xahiş edirik, CV və portfolionuzu mövzu hissəsində vakansiyanın adını (SMM üzrə Mütəxəssis) qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərin.
Necə Müraciət Etmək Olar
IDEA Heyvanlara Qayğı Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14546
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə