Sosial media marketinqi (SMM) üzrə mütəxəssis
IDEA Heyvanlara Qayğı Mərkəzi
Siz, Mərkəzimizin missiyasını işıqlandırmaq istiqamətində əhəmiyyətli rola sahib olacaqsınız. Əsas işiniz xidmətlərimizi, xilasetmə hekayələrimizi və sahibləndirmə uğurlarımızı auditoriyaya çatdıracaq maraqlı və pozitiv məzmunlar yaratmaqdan ibarət olacaqdır.
Əsas öhdəliklər:
Məzmun yaradılması: Mərkəzdəki gündəlik həyatı, xidmətləri və heyvanların xoşbəxtliyini əks etdirən yüksək keyfiyyətli videolar (Reels/TikTok və s.) və fotolar çəkmək və montaj etmək;
Platformaların idarə edilməsi: İnstaqram və digər sosial media platformalarındakı hesablarımızı idarə etmək və təkmilləşdirmək;
IDEA Heyvanlara Qayğı Mərkəzinin rəsmi veb-saytını davamlı təkmilləşdirmək;
Pozitiv və dinamik tonda cəlbedici mətnlər və hekayələr hazırlamaq;
Dizayn proqramlarından istifadə edərək sadə və minimalist qrafikalar və tərtibatlar hazırlamaq;
Mərkəzin missiyasını və dəyərlərini təmsil etmək üçün müvafiq tədbirlərdə, görüşlərdə və digər fəaliyyətlərdə iştirak etmək.