Sosial media cavablandırma operatoru
Bakı,, Nizami, küçəsi, 203B,, Af, Business, House, 7-ci, mərtəbə
Tam Ştat
Orta Səviyyə
400 - 600 AZN
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 30 may 2026
Təsvir
Global Olympiad Center üçün sosial media, çat və digər kommunikasiya kanalları üzərindən daxil olan müraciətləri peşəkar şəkildə cavablandıracaq, eyni zamanda e-mail vasitəsilə gündəlik və dövri hesabatları hazırlayıb göndərəcək əməkdaş axtarırıq. Bu vəzifə həm müştəri məmnuniyyətinin qorunması, həm də satışa çevrilə biləcək müraciətlərin düzgün idarə olunması baxımından strateji əhəmiyyət daşıyır.
Vəzifə öhdəlikləri
Sosial media və digər kommunikasiya kanalları üzərindən daxil olan müraciətləri operativ və düzgün şəkildə cavablandırmaq
Satış yönümlü yazışmaları aparmaq, xidmət və proqramlarla bağlı sualları dolğun şəkildə cavablandırmaq
Daxil olan müraciət, şikayət və iradları aidiyyəti şöbə və məsul şəxslərə yönləndirmək
Müştəri etiraz və problemlərinin həlli prosesində aktiv iştirak etmək
Müştəri məmnuniyyətinin və korporativ ünsiyyət keyfiyyətinin qorunmasına dəstək vermək
Sosial media platformalarında şirkət haqqında yazılan rəy, şərh və geri bildirimləri izləmək
Gündəlik və dövri e-mail hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
Vəzifə təlimatına uyğun digər əməliyyat və dəstək işlərini yerinə yetirmək
Tələblər
Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığının yüksək səviyyədə olması
Rus dili biliyi üstünlük hesab olunur
İşgüzar yazışma və peşəkar ünsiyyət qaydalarını bilmək
Sosial media üzərindən nəzakətli, aydın və nəticəyönümlü kommunikasiya qurmaq bacarığı
Operativ, məsuliyyətli, diqqətli və punktual olmaq
Komandada işləmək bacarığı
E-mail və hesabatlama işlərini aparacaq səviyyədə ofis proqramlarından istifadə bacarığı
Müvafiq sahədə iş təcrübəsi üstünlükdür
İş şəraiti
6 günlük iş qrafiki
İş saatı: 10:00 – 18:00
İş yeri: AF Business House, 7-ci mərtəbə, Global Olympiad Center
Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media və Müştəri Cavablama Operatoru” qeyd etməklə khayal.ibrahimzada@globalolympiccenter.org elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Global Olympiyad Center
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14512
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə