Sosial Media Administratoru

Tam Ştat

Başlanğıc Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 yanvar 2026

Son Tarix: 19 fevral 2026

Təsvir

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu sosial mediada yayımlanacaq məzmunun hazırlanması və idarə edilməsini təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • Kontentin Yaradılması: Sosial media administratorları mətn yazıları, şəkillər, videolar və infoqrafika da daxil olmaqla müxtəlif sosial media platformaları üçün məzmun yaradır və kurasiya edir. O məzmunun cəlbedici, uyğun olmasını və təşkilatın brendinqi və məqsədlərinə uyğun olmasını təmin edir.

  • Postların Planlaşdırılması: Marketing Hədəflərinə çatmaq üçün müxtəlif sosial media kanallarında optimal vaxtlarda postlar planlaşdırır və yerləşdirir.

  • Hədəf Qrupu ilə əlaqə: Sosial media administartoru şərhlərə, mesajlara və qeydlərə cavab verməklə auditoriya ilə qarşılıqlı əlaqə qurur. Onlar müsbət qarşılıqlı əlaqə yaradır, sorğuları ünvanlayır və onlayn müzakirələri idarə edir.

  • Auditoriyanın genişlənməsi: Yeni izləyiciləri cəlb etmək və mövcud izləyiciləri saxlamaq üçün strategiyalar həyata keçirərək təşkilatın sosial mediasını artırmaq üzərində işləyir.

  • Analitika və Hesabat:  Sosial media administratoru səylərinin effektivliyini qiymətləndirmək üçün məlumatları təhlil edir və hesabatlar hazırlayır.

  • Strategiyanın hazırlanması: Şirkətin ümumi marketinq və kommunikasiya məqsədlərinə uyğun gələn sosial media strategiyalarının hazırlanmasına töhfə verir.

  • Risklərin İdarə Edilməsi: Sosial media administratoru mənfi şərhlər olduğu halda, şirkətin nüfuzunu qorumaq üçün böhranları idarə etməyə və problemləri dərhal həll etməyə hazır olmalıdır.

  • Trendlər: Sosial media daim inkişaf edir və SMA  öz rolunda effektiv qalmaq üçün ən son tendensiyalar, alqoritmlər və ən yaxşı təcrübələrdən xəbərdar olmalıdırlar.

  • Əməkdaşlıq: Sosial media administratoru ardıcıl və vahid onlayn mövcudluğu təmin etmək üçün tez-tez marketinq, PR və müştəri dəstəyi kimi digər şöbələrlə əməkdaşlıq edir.

  • Büdcə: Sosial media üçün büdcənin ayrılmasını, hədəflənməsini və reklam performansının monitorinqini əhatə edir.

Məsuliyyət sahəsi:

  • Şirkətin Sosial Şəbəkəsindəki Səhifəsi

  • Dəbli Fotoçəkilişlər

Professional biliklər:

  • Sosial medianın idarə edilməsi

  • “Targetinq” və sosial şəbəkələrdə reklamın yerləşdirilməsi

  • Kopirayting

  • Dəb və trendlər haqqında biliklər

  • Səlis Rus və İngilis dili biliyi

  • MS Office Proqramları

Təhsil:

  • Ali təhsil (Marketinq, Rəqəmsal Marketinq ixtisaslarına üstünlük verilir)

  • SMM üzrə sertifikatlar arzuolunandır.

İş təcrübəsi:

  • Sosial media sahəsində ən az 1 il təcrübə

Professional Bacarıq və Kompetensiyalar:

  • Təşkilati bacarıqlar

  • Nəticə yönümlülük

  • Yazı bacarığı

  • Yaradıcı düşüncə

  • Vizual təsvir bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media Administratoru” qeyd edərək göstərilənelektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Sinteks Group of Companies

Sinteks Group of Companies

Retail

Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5757

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Başlanğıc Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Mağaza Meneceri

Tam Ştat

Sinteks Şirkətlər Qrupu “Mağaza Meneceri” axtarır! Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada məhsulların satışını təşkil etməkdir. Vəzifə öhdəlikləri: Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinə çatmasını təmin edir. Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir. Anbardan satış zalına satılan malların əvəzlənməsini təşkil edir. Mağazada işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir. İşçilərin xarici görünüşünün qaydalara uyğun olmasını təmin edir (uniforma, saç, makiyaj, səliqə). Mağazaya pos-materialları sifariş edir. Yeni işçi heyəti üçün işə giriş təlimatını təqdim edir. Mağazaya malların qəbulunun həyata keçirilməsini təşkil edir. Mağazanın iş qrafiki ilə işləməsini təmin edir. Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılmasını təmin edir. Mağazada təmizlik işlərinə nəzarət edir. Qaydalara uyğun olaraq mağazanın giriş və çıxışında işçilərin yoxlanılmasını təşkil edir. Mağaza işçilərinə məhsullar üzrə təlimlər təşkil edir. Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və oğurluq halları barədə rəhbərinə məlumat verir. Professional Biliklər: Satışın təşkili MS Office Proqramları Rus dili yaxşı səviyyədə, İnglis dili arzuolunandır Təhsil: Ali təhsil üstünlükdür İş təcrübəsi: Pərakəndə satış sektorunda aksesuar və geyim sahəsində ən az 4 il iş təcrübəsi İdarəetmə sahəsində ən az 2 il iş təcrübəsi Professional Bacarıq və Kompetensiyalar İdarəetmə bacarıqları Liderlik Təşkilatçılıq Ünsiyyət bacarıqları Vaxtın idarəolunması Problem həll etmə Stressə davamlılıq Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Pastry Chef (Baş qənnadçı)

Tam Ştat

İş Yeri: Boxça Lab (Mərdəkan q.) İstehsalat sahəsində istehsal olunan bütün növ unlu qənnadı məmulatların reseptura və texnoloji ardıcıllığa uyğun istehsalına nəzarət. Öhdəlikləri: İstehsal prossesinə nəzarət: İstehsalat sahəsində plan əsasında hazırlanan bütün növ unlu -qənnadı məhsulların texnoloji prossesinə nəzarət edilməsi. Personallar tərəfindən hazırlanan məhsulların resepturalara uyğun hazırlanıb yığılmasına nəzarət. Texnoloji prosseslərin təkminləşdirilməsi, yeni xammal növlərinin tətbiq olunması, çeşidin genişləndirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlamalı və tədbirləri həyata keçirilməsində iştirak etmək. İşdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq məqsədi ilə beynəlxalq qabaqçıl texnologiyanı öyrənmək və istehsalatda tətbiq etmək. Xammalları yaxşı tanımalı və xammal dəyişikliyindən yarana biləcək problemi araşdırmalı və lazımı tədbirləri görməli Mövcud reseptləri daim təkmilləşdirmək və xammaldan optimal istifadəni təmin etmək. Mütəmadi istehsalat personallarına texnoloji prosseslərlə bağlı təlimatların verilməsi. Məhsulun təkmilləşdirilməsi: Təklif olunan yeni növ məhsulların R&D managerdən təhvil alınması və bu məhsulların personalla öyrədilməsi və daim nəzarətdə saxlanılması. Mağazalardan gələn şikayətləri araşdırır, lazımı texnoloji proseslərə müdaxilə edərək problemin aradaqn qaldırılması və istehsalat personallarının bu haqda təlimatlandırılması. Keyfiyyət zəmanəti: Məhsulların tələb olunan daxili və ya dövlət standartlarına uyğun hazırlanması və eləcədə izləmə aparılması üçün lazımı sənədlərin yazılmasını təmin etmək. Məhsulların dad, görünüş, tekstura və digər keyfiyyət göstəricilərinə uyğun istehsalını təmin etmək. İstehsal zamanı sanitar-gigiyenik normaların və təhlükəsizlik qaydalarının gözlənilməsinə nəzarət etmək. Vəzifə tələbləri: Təhsil Qida Sənayesi, kulinariya sənəti və ya əlaqəli sahələrdə təhsil arzuolunandır İş Təcrübəsi Qida sənayesində ən azı 3 il Professional Bacarıq və Kompetensiyalar Qənnadı məmulatlarını dərindən bilmək Mükəmməl təşkilatçılıq və vaxt idarəetmə bacarıqları Müxtəlif funksional qruplarla komanda şəklində işləmək bacarığı Qida təhlükəsizliyi qaydaları və keyfiyyətə nəzarət prosesləri haqqında məlumat Detallara diqqət etmə bacarığı Qida istehsalı prosesləri, qida təhlükəsizliyi qaydaları və Sənaye meylləri haqqında dərin bilik Məsuliyyət sahəsi: Məhsulların günlük istehsalı. Məhsulun təkmilləşdirilməsi. Şikayətlərin araşdırılması və həlli. Keyfiyyət zəmanəti. Müraciət qaydası: Xahiş olunur, CV-nizi göstərilən elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.

Anbardar

Tam Ştat

İş Yeri: Boğça Lab (Mərdəkan q.) İş qrafiki:  6 gün Vəzifə öhdəlikləri: Anbar üçün sifarişlərin verilməsi. Xammal qəbulu zamanı faktiki say və çəkilərin düzgünlüyünə nəzarət. Xammalın düzgün formada saxlaılmasını təmin etmək. Qəbul olunmuş xammalların sistemə düzgün işlənməsinə nəzarət etmək. İstehsalat sahəsinə tələb üzrə xammal və qablaşdırmanın təhvil verilməsi. Sistem üzrə transferlərin düzgün və vaxtında edilməsi. Xammalların çıxışı zamanı FİFO -ya nəzarət. Vəzifə təsviri: Anbarda stok limitin yaradılması və bu stok limitə görə xammalların sifarişini təmin etmək. İstehsalat sahəsinin sifarişi zamanı gələn xammalların anbara Xammal qəbulu proseduruna uyğun Keyfiyyət mütəxəssinin iştirakı ilə  qəbul edilməsi. Xammal qəbul zamanı məhsulları fakturaya uyğun olmağına nəzarət etmək. Hər-hansı bir kəsir və ya geri qaytarma barədə İstehsalat Rəhbərinə məlumatın verilməsini təmin etmək. Anbara qəbul olunan bütün məhsullar üzərindəki etiket bilgilərinə uyğun şəraitdə saxlanılmasını təmin etmək. Qəbul olunan xammal fakturalarını muhasibatlığa çatdırılmasını təmin etmək, Sistem üzərində anbar stokuna düzgün oturulmasına nəzarət etmək. İstehsalat sahəsinə günün birinci yarsı lazım olan xammalların əl qaiməsi ilə təhvil verilməsi və sistem üzrə transferinin təmin edilməsi. Anbardan çıxan xammalların transferlərini sistem üzərində vaxtında işləməli. Xammalların anbara qəbulu, yerləşdirilməsi və anbardan çıxışı zamanı FİFO- ya (ilk girən ilk istifadə olunmalı) nəzarət etməli. Anbarda uzun müddət hərəkətsiz qalan xammal və ya istifadə müddətinə az qalmış məhsullar haqda yazılı olaraq məlumat verməlidir. İş Təcrübəsi: Administrator olaraq 1 il təcrübə arzuolunandır Müraciət qaydası: Xahiş olunur, CV-nizi göstərilən elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.

Bakı