SOC Manager
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 10 yanvar 2026
Təsvir
Azərbaycanın aparıcı kibertəhlükəsizlik şirkətlərindən biri olan tərəfdaş şirkətimiz üçün Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) fəaliyyətinə rəhbərlik edəcək, güclü liderlik bacarığı, peşəkar bilik və strateji yanaşmaya malik SOC Manager axtarırıq. Əgər sən də beynəlxalq layihələrdə yer almaq, innovativ komandada işləmək və peşəkar səviyyəni daha da artırmaq istəyirsənsə bu fürsət sənin üçündür!
Tərəfdaş şirkətimizdə işləməklə sən:
Regional SOC, MSSP və Threat Intelligence layihələrində aktiv iştirak
Yenilikçi, yüksək texnologiyalı və inkişaf yönümlü iş mühiti
Davamlı təlim, sertifikatlaşdırma və peşəkar inkişaf dəstəyi
Genişmiqyaslı layihələr və müxtəlif yerli və beynəlxalq müştəri portfeli ilə işləmək imkanı əldə edəcəksən.
Bu vəzifədə əsas iş öhdəliklərin aşağıdakılar olacaqdır:
SOC bölməsinin gündəlik fəaliyyətinə nəzarət etmək və bütün əməliyyat proseslərini koordinasiya etmək
Analitiklər, mühəndislər, GRC və təhdid kəşfiyyatı üzrə mütəxəssislərdən ibarət SOC komandasına rəhbərlik etmək və komandanın inkişafını təmin etmək
Monitorinq, təhlil və insidentlərə cavab (IR) proseslərini idarə etmək
SIEM, SOAR, EDR/XDR və Threat Intelligence platformalarının idarə edilməsi və optimallaşdırılması
SOC üzrə performans göstəricilərinin (KPI və SLA) müəyyənləşdirilməsi və mütəmadi hesabatların hazırlanması
Müştərilərə göstərilən SOC xidmətlərində operativlik, keyfiyyət və fasiləsizliyi təmin etmək
SOC imkanlarının gücləndirilməsi üçün yeni texnologiyaların qiymətləndirilməsi və tətbiqi
Təhlükəsizlik insidentləri üzrə RCA aparılması və qabaqlayıcı tədbirlərin hazırlanması
İdarə heyətinə mütəmadi əməliyyat və strateji təhlükəsizlik üzrə hesabatların təqdim edilməsi
SOC fəaliyyətinin beynəlxalq standartlara (ISO 27001, NIST, MITRE ATT&CK və s.) uyğunluğunun təmin edilməsi
Tələblər
İnformasiya təhlükəsizliyi sahəsində minimum 5 il iş təcrübəsi, SOC Manager və ya oxşar rəhbər vəzifədə minimum 1 il təcrübə
SIEM/SOAR texnologiyaları üzrə yüksək səviyyədə biliklər ( (IBM QRadar, Splunk, Azure Sentinel, LogRhythm, və s.)
Insident Response, Threat Intelligence, Vulnerability Management və Penetration Testing sahələrində praktiki təcrübə
GRC (idarəetmə, risk və uyğunluq) haqqında anlayış
Komanda idarəçiliyi, planlaşdırma və performansın qiymətləndirilməsi üzrə güclü bacarıqlar
Analitik düşüncə, problemlərin həlli və qərarvermə bacarıqları
İngilis dilində sərbəst oxuma, yazma və danışıq bacarığı
Üstünlük verilən sertifikatlar: CISSP, CISM, CEH, GIAC, CompTIA Security+, ISO 27001 LI/LA
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Code Academy
Vakansiya Təfərrüatları
Vakansiya ID
#785
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə