SOC Detection engineer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 27 fevral 2026
Təsvir
Əsas vəzifə və öhdəlikləri:
SIEM və XDR sistemləri üçün real zamanlı təhdidləri aşkarlayan analitik qaydaların (detection rules) hazırlanması, test edilməsi və tətbiqi;
MITRE ATT&CK framework-ü əsasında yeni aşkarlama strategiyalarının araşdırılması və inkişaf etdirilməsi;
Threat Intelligence məlumatlarından istifadə edərək yeni hücum vektorlarına qarşı aşkarlama qaydalarının yaradılması;
Aşkarlama qaydalarının effektivliyini artırmaq və false positive’ləri minimuma endirmək üçün davamlı analiz və optimallaşdırma işlərinin aparılması;
Təhlükəsizlik insidentləri zamanı analiz prosesinə dəstək vermək və yeni aşkarlama metodologiyaları təklif etmək;
Python kimi skript dillərindən istifadə edərək aşkarlama və analiz proseslərinin avtomatlaşdırılması;
Tələblər
Tələb olunun biliklər:
Kiber təhlükəsizlik sahəsində dərin biliklər, xüsusilə təhdidlərin aşkarlanması və analizi üzrə;
Splunk, QRadar, Elastic SIEM və ya oxşar SIEM platformaları ilə iş təcrübəsi;
Cortex XDR, SentinelOne, CrowdStrike və ya digər XDR/EDR həlləri ilə təcrübə;
Təhdidlərin davranış analizi (behavioral analysis) və anomali aşkarlama (anomaly detection) konsepsiyalarını anlamaq;
Analitik düşünmə və problem həll etmə bacarığı.
Təhlükəsizlik Əməliyyatları Mərkəzində (SOC) və ya Detection Engineering sahəsində minimum 2 il iş təcrübəsi əsas üstünlükdür;
YARA, Sigma və ya oxşar formatlarda aşkarlama qaydaları yazma təcrübəsi;
Threat Hunting təcrübəsi;
Gündəlik Detection Engineering fəaliyyətlərinə (qayda hazırlama, optimizasiya) AI və LLM həllərini tətbiq edərək iş proseslərini sürətləndirmək və keyfiyyəti artırmaq;
Kiber təhlükəsizlik üzrə beynəlxalq sertifikatların olması (CJDE, CySA+, BTL1 və digər);
Azərbaycan dili sərbəst; ingilis dili yaxşı.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
AzInTelecom MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2953
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə