Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 30 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;

  • Gələn zənglərin və sorğuların cavablandırılması;

  • Şirkətin daxili qayda və prosedurlarına əməl edilməsi;

  • Komanda ilə əməkdaşlıq və dəstək göstərilməsi;

  • Məxfi məlumatların qorunması və düzgün istifadəsi

  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;

  • Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;

  • Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;

  • Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək.

Tələblər

Tələb olunan bilik və bacarıqlar

  • Ali təhsil;

  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;

  • Müştərilərlə ünsiyyət qurma bacarığı;

  • Qeydiyyat və məlumat bazası proqramlarında işləmə təcrübəsi;

  • Telefon və elektron məktublarla peşəkar ünsiyyət bacarığı;

  • Diqqətlilik və məsuliyyətli yanaşma;

  • Stressli vəziyyətlərdə sakit və nəzarətli qalmaq bacarığı;

  • Vaxtı effektiv idarə etmək bacarığı;

  • Komanda ilə işləmə bacarığı;

  • Azərbaycan dili və rus dilini - səlis (ingilis dili biliyi üstünlükdür).

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#451

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Data təhlili üzrə böyük mütəxəssis

Tam Ştat

Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması; Digər şöbələrlə effektiv əməkdaşlıq edərək onların ehtiyaclarına uyğun məlumatların təhlil edilməsi; Çirkli məlumatların təmizlənməsi; Data və SQL sorğuların optimallaşdırılması; ETL proseslərin yazılması; Datanın məlumat anbarında (DWH) saxlanılması və idarəolunması; Fərqli sistemlərdən API vasitəsilə məlumatların əldə olunması, emalı və məlumat anbarına (DWH) yığılması; Data struktura uyğun olaraq cədvəllərarası əlaqələrin düzgün qurulması və normallaşdırma, optimallaşdırma işlərinin təşkil edilməsi; Dövri olan data və hesabatların daha qısa zamanda təmin edilə bilməsi üçün hesabatların avtomatlaşdırılması və aylıq olaraq yenilənməsi; Rəhbərlik təlimatı əsasında fərqli modelləmə və əlaqələndirmələrlə hesabatların hazırlanması; Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatların hazırlanması; Proqnozlar və modellərin nəticələrinin vizuallaşdırılması, hesabatlarının hazırlanması; Şirkətin biznes məqsədlərinə uyğun olaraq dərin analizlər aparılması və düzgün nəticələr çıxarılması; Təşkilatın maraqlı tərəflərinə (menecment, digər şöbələr) mütəmadi hesabatlar təqdim edilməsi; Mürəkkəb biznes proseslərini və data modellərini çevik anlamaq; Müxtəlif datasetlər arasındakı əlaqələri və asılılıqları müəyyənləşdirmək.

SOC L2 Analitik

Tam Ştat

Təhlükəsizlik hadisələrinin monitorinqi və analizi: SIEM platformaları vasitəsilə gündəlik və eskalasiya olunmuş təhlükəsizlik hadisələrinin izlənməsi və texniki təhlilinin aparılması; EDR/XDR hadisələrinin araşdırılması: EDR/XDR sistemlərindən daxil olan alarmların texniki analizi, təsnifatı və risk səviyyəsinin qiymətləndirilməsi; SOAR avtomatlaşdırılması: Hadisələrə cavab ssenarilərinin (IR playbook) hazırlanması, optimizasiyası və tətbiqi; Root cause analizi və insident cavabı: Təhlükəsizlik insidentlərinin kök səbəblərinin araşdırılması, containment, eradication və recovery proseslərinin icrası və sənədləşdirilməsi; Kiber təhdid kəşfiyyatı (CTI): Müxtəlif mənbələrdən gələn məlumatların zənginləşdirilməsi, IOC və TTP məlumat bazalarının yenilənməsi və hadisələrin kontekstuallaşdırılması; Eskalasiya olunmuş hadisələrin idarəsi: SOC L1-dən gələn hadisələrin dərin texniki təhlilinin aparılması və uyğun komandaya yönləndirilməsi; Zəifliklərin aşkarlanması və mitigasiya koordinasiyası: Təhlükəsizlik zəifliklərinin qiymətləndirilməsi, prioritetləşdirilməsi və müvafiq komandalarla birlikdə mitigasiya tədbirlərinin həyata keçirilməsi; Yeni kiber təhdid və zərərli fəaliyyətlərin təhlili: Yeni kiber təhdidlər, kampaniyalar və zərərli fəaliyyətlər barədə analizlərin hazırlanması və SOC əməliyyatlarına inteqrasiyası; SOC əməliyyat proseslərinin təkmilləşdirilməsi: Use-case tənzimlənməsi, qayda yaradılması, korelyasiya məntiqinin (correlation logic) inkişaf etdirilməsi və sənədləşdirilməsi.