SMM mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 24 mart 2026

Təsvir

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət)

  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir

  • İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri

İşin Təsviri:

  • Şirkətin sosial media platformalarının (Instagram, Facebook, TikTok və digər platformalar) strateji idarə olunması;

  • Aylıq və həftəlik kontent planının hazırlanması və icrasına nəzarət;

  • Tikinti sahəsi üzrə gündəlik story axınının formalaşdırılması və paylaşılması

  • Sahədə operativ kontent istehsalının həyata keçirilməsi

  • Satış ofisi və müştəri ziyarət proseslərinin real vaxtda işıqlandırılması

  • Açıq hava və sahə şəraitində aktiv işləmə imkanının olması

  • Post, story və reel üçün satış yönümlü və brend tonallığına uyğun mətnlərin hazırlanması;

  • Video çəkilişi və montaj prosesinin icrası;

  • Dizayner və videoqrafla koordinasiyalı iş;

  • Sosial media trendlərinin və alqoritmlərinin davamlı monitorinqi;

  • Kampaniya, satış aksiyaları və layihə təqdimatları üçün kreativ kontent ideyalarının hazırlanması;

  • Sosial media göstəricilərinin (reach, engagement, conversion, follower artımı və s.) analizi və aylıq hesabatların təqdim edilməsi;

  • Brendin kommunikasiya strategiyasına uyğun vahid vizual və məzmun xəttinin qorunması.

​​​​​​​Namizədə Tələblər:

  • Ali təhsil;

  • SMM sahəsində 1-2 il iş təcrübəsi;

  • Tikinti, daşınmaz əmlak və ya uyğun sahə üzrə təcrübə arzuolunandır;

  • Video edit proqramları (CapCut, Premiere Pro və s.) ilə işləmə bacarığı;

  • Sosial media alqoritmləri və performans göstəriciləri üzrə bilik;

  • Kreativ və analitik düşüncə qabiliyyəti;

  • Azərbaycan dilində yüksək yazı və ünsiyyət bacarığı (rus və ingilis dili üstünlükdür);

  • Operativlik və komanda ilə effektiv əməkdaşlıq bacarığı;

  • Tikinti sahəsində çəkilişlər üçün mobil və çevik olmaq.

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SMM mütəxəssisi” qeyd edərək, göstərilən elektron poçtünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9667

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

1C operator

Tam Ştat

İş şəraiti: İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək İş yeri: “Melissa Group” (Baş ofis) Vəzifə öhdəlikləri: Malların mədaxil və məxaric əməliyyatlarının sistemə işlənməsi; Alış və satış qaimələrinin qeydiyyatı, qaytarma və silinmə əməliyyatlarının icrası; Anbar qalıqlarına nəzarət, partiya və nomenklatura üzrə izləmənməsi; Anbarlararası köçürmələrin sistemdə aparılması; Qiymət siyahılarının və endirim kampaniyalarının sistemə daxil edilməsi; Nağd və köçürmə ödənişlərinin 1C sisteminə işlənməsi (kassa mədaxil/məxaric orderləri, bank çıxarışları, təchizatçı ödənişləri, müştəri ödənişləri); Təchizatçılarla qarşılıqlı hesablaşmaların bağlanması; İnventarizasiya nəticələrinin sistemə işlənməsi; Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi. Vəzifə ilə bağlı tələblər: Ali təhsil; Supermarket və ya pərakəndə satış sahəsində təcrübə üstünlükdür; Yüksək səviyyədə 1C 8.3 (Ticarət və Anbar / UT) konfiqurasiyası  və ofis proqramları (xüsusilə Excel) biliyi; E-qaimə, invoys və təhvil-təslim sənədləri ilə işləmə bacarığı; Rus diliyi biliyi üstünlükdür; Yaş həddi: 23-35 yaş Komandada işləmə bacarığı. Uyğun namizədlər CV-lərini göstərilən mail ünvanına "1C operator" başlığı ilə göndərə bilər.