Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
İş şəraiti
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əmək haqqı: 1500 - 2000 AZN
İş yeri: Melissa Group (Baş ofis)
Vəzifə öhdəlikləri:
Şirkət üzrə aylıq əməkhaqqının tam və düzgün tarifli və sabit əməkhaqqı sistemlərinin idarə olunması;
Bonus, mükafat, əlavə iş saatı, gecə saatı və bayram günləri üzrə ödənişlərin hesablanması;
Məzuniyyət (əmək, ödənişsiz, analıq və s.), ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması;
Son haqq-hesabın (işdən çıxma zamanı) düzgün aparılması;
Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaların düzgün hesablanması;
Müvafiq dövlət orqanlarına aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi;
İcra sənədləri (aliment, kredit və s.) üzrə tutulmaların aparılması;
İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası;
Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması;
Aylıq payroll reyestrlərinin və əməkhaqqı hesabatların hazırlanması;
Audit sorğularına və daxili yoxlamalara operativ məlumat təqdim edilməsi;
Məxfi məumatların qorunmasının təmin edilməsi;
HR və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);
Payroll sahəsində minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə güclü biliklər;
Sosial sığorta və xidmət haqları qanunvericiliyi, əməkhaqqı uçotunun metodologiyası;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
1C 8.3 proqramında işləmək bacarığı mütləqdir;
Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;
Məxfilik prinsiplərinə riayət etmə;
Komandada işləmə bacarığı;
21-35 yaş arası namizədlər.
CV-lərinizi qeyd olunan elektron poçt ünvanına "Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)" başlığı ilə göndərməyiniz xahiş olunur.Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Melissa Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9451
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə