SMM Mütəxəssis (SMM Executor)
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Vəzifənin məqsədi
Sosial media platformalarında brendlərin gündəlik fəaliyyətinin operativ idarə olunması, kontentin vaxtında paylaşılması, istifadəçilərlə ünsiyyətin təmin edilməsi və sosial media reputasiyasının qorunması.
Əsas vəzifələr və məsuliyyətlər
Sosial media idarəetməsi
Sosial media platformalarında kontentin təsdiqlənmiş plan üzrə vaxtında paylaşılması
Instagram, Facebook, TikTok, Youtube və digər platformalarda səhifələrin gündəlik idarə olunması
Feed, story və digər kontent formatlarının düzgün texniki parametrlərlə paylaşılması
Sosial media platformalarında DM və şərhlərə operativ cavab verilməsi
Müştəri müraciətlərinin izlənməsİ
Lazım olduqda müraciətlərin aidiyyəti şöbələrə yönləndirilməsi
Sosial media reputasiyasının gündəlik monitorinqi
Kontent və live materialların çəkilməsi
Restoranlardan və tədbirlərdən live kontent (foto, video, story) çəkilməsi
Real mühitdən kontentin operativ şəkildə paylaşılması
İstifadəçilər tərəfindən yaradılan kontentin (UGC) toplanması və repost edilməsi
Sosial media səhifələrinin optimallaşdırılması
Highlight, quick replies və digər səhifə bölmələrinin yenilənməsi
Caption, hashtag və digər kontent elementlərinin düzgün istifadəsi
Platformaların texniki yeniliklərinin izlənməsi və tətbiqi
Komanda ilə əməkdaşlıq
Marketinq komandası ilə koordinasiyalı işləmək
İstifadəçi davranışları və müştərilərin reaksiyaları haqqında komanda ilə məlumat paylaşmaq
Kampaniyalar, açılışlar və tədbirlər zamanı operativ sosial media dəstəyi vermək
Tələblər
Ali təhsil (marketinq, kommunikasiya, jurnalistika və ya əlaqəli sahə)
Sosial media idarəetməsi sahəsində minimum 1–2 il iş təcrübəsi
Peşəkar bacarıqlar
Instagram, TikTok və Facebook platformalarını yaxşı səviyyədə bilməsi
Sosial media kontent paylaşım alətləri ilə işləmək bacarığı
Mobil telefonla foto və video çəkilişi bacarığı
Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı
Dil bilikləri
Azərbaycan dili – səlis
Rus dili – arzuolunandır
İngilis dili – üstünlükdür
Şəxsi keyfiyyətlər
Operativlik və məsuliyyətlilik
Müştərilərlə ünsiyyət bacarığı
Multitasking və vaxtın düzgün idarə olunması
Detallara diqqət
Komandada işləmək bacarığı
Üstünlük hesab olunur
F&B və ya retail sektorunda təcrübə
Sadə video montaj bacarıqları
Canva, CapCut və digər kontent alətləri ilə işləmə bacarığı
Süni intellekt alətlərindən (ChatGPT və s.) istifadə təcrübəsi
İş Şərtləri:
Ə/H müsahibə əsasında təyin olunacaq
5 günlük iş həftəsi
İş saatı: 10:00-19:00
Rabitə xərclərinin şirkət tərəfindən ödənilir
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “SMM mütəxəssis” mövzusu altında qeyd olunan elekton ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
PJA MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18727
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə