KNM Meneceri (İstehsalat + anbar idarəetməsi)
LVIV ŞOKOLAD EVİ KNM Meneceri (İstehsalat + anbar idarəetməsi) vakansiyası elan edir!
Vəzifə öhdəlikləri
KNM bölməsində istehsalat proseslərinin planlı, standartlara uyğun, eyni zamanda anbar uçotu, məhsul hərəkəti və inventar nəzarətinin dəqiq qurulmasını təmin etmək.
Gündəlik/həftəlik istehsal planının hazırlanması və icrasına nəzarət
Reseptura və texnoloji kartlara uyğun istehsalın təşkili (qramaj, norma, çıxım)
İstehsalatda keyfiyyət, gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi
Məhsuldarlığın artırılması, vaxt itkisi və xammal itkilərinin azaldılması üzrə yaxşılaşdırma addımları
İstehsalat heyətinin (növbə, iş bölgüsü, intizam) idarə olunması
Xammal və hazır məhsul anbarında qəbul-saxlanma-buraxılış proseslərinin idarəsi
Minimum/maksimum stok səviyyələrinə nəzarət edilməsi, çatışmazlıq risklərinin önlənməsi
FIFO/FEFO prinsipləri ilə işləmə, son istifadə tarixlərinə nəzarət
Qaytarma, silinmə, zay/itki aktlarının düzgün sənədləşdirilməsi və əsaslandırılması
Məhsul hərəkəti: anbar -> istehsalat -> restoranlar/satış nöqtələri prosesinin izlənməsi
İnventarizasiyaların (gündəlik/aylıq/dövri) təşkili, fərqliliklərin analizi və səbəblərinin araşdırılması
Daxili nəzarət, risklər, uyğunsuzluqlar, təkrarlanan səhvlərə qarşı tədbirlər
Hesabatların hazırlanması: stok, itki, çıxım, istehsal icrası və s.
Satış/filial ehtiyaclarına uyğun tələbat planının hazırlanması
Satınalma ilə birgə xammal sifarişlərinin əsaslandırılması (norma, plan, stok, itki)
Təchizat gecikməsi və keyfiyyət problemi risklərinin idarə edilməsi