KNM Meneceri (İstehsalat + anbar idarəetməsi)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
LVIV ŞOKOLAD EVİ KNM Meneceri (İstehsalat + anbar idarəetməsi) vakansiyası elan edir!
Vəzifə öhdəlikləri
KNM bölməsində istehsalat proseslərinin planlı, standartlara uyğun, eyni zamanda anbar uçotu, məhsul hərəkəti və inventar nəzarətinin dəqiq qurulmasını təmin etmək.
Gündəlik/həftəlik istehsal planının hazırlanması və icrasına nəzarət
Reseptura və texnoloji kartlara uyğun istehsalın təşkili (qramaj, norma, çıxım)
İstehsalatda keyfiyyət, gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi
Məhsuldarlığın artırılması, vaxt itkisi və xammal itkilərinin azaldılması üzrə yaxşılaşdırma addımları
İstehsalat heyətinin (növbə, iş bölgüsü, intizam) idarə olunması
Xammal və hazır məhsul anbarında qəbul-saxlanma-buraxılış proseslərinin idarəsi
Minimum/maksimum stok səviyyələrinə nəzarət edilməsi, çatışmazlıq risklərinin önlənməsi
FIFO/FEFO prinsipləri ilə işləmə, son istifadə tarixlərinə nəzarət
Qaytarma, silinmə, zay/itki aktlarının düzgün sənədləşdirilməsi və əsaslandırılması
Məhsul hərəkəti: anbar -> istehsalat -> restoranlar/satış nöqtələri prosesinin izlənməsi
İnventarizasiyaların (gündəlik/aylıq/dövri) təşkili, fərqliliklərin analizi və səbəblərinin araşdırılması
Daxili nəzarət, risklər, uyğunsuzluqlar, təkrarlanan səhvlərə qarşı tədbirlər
Hesabatların hazırlanması: stok, itki, çıxım, istehsal icrası və s.
Satış/filial ehtiyaclarına uyğun tələbat planının hazırlanması
Satınalma ilə birgə xammal sifarişlərinin əsaslandırılması (norma, plan, stok, itki)
Təchizat gecikməsi və keyfiyyət problemi risklərinin idarə edilməsi
Tələblər
Ali təhsil (qida mühəndisliyi, logistika, menecment və ya uyğun sahə - üstünlükdür)
İstehsalat və anbar idarəetməsi üzrə minimum 2-3 il təcrübə (FMCG, qida istehsalı, restoran/KNM - üstünlükdür)
Stok idarəetməsi, inventar nəzarəti, FIFO/FEFO, norma/çıxım anlayışları
Güclü təşkilatçılıq, komandanın idarə edilməsi və operativ qərarvermə bacarığı
Exceldə sərbəst işləmək (hesabat, cədvəl, analiz)
Dəqiqlik, intizam, məsuliyyət, sistemli yanaşma
1C / anbar proqramı ilə işləmə təcrübəsi
Qida təhlükəsizliyi və sanitariya standartları üzrə bilik (HACCP və s.)
İş şəraiti
Əmək haqqı: müsahibə əsasında təyin olunacaq (təcrübəyə görə)
İş qrafiki: 6 günlük
İş yeri: Xətai
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “KNM Meneceri” mövzusu altında qeyd olunan elektron ünvanına göndərə bilərlər və ya 055 444 47 95 nömrəsi ilə əlaqə saxlasin.
Necə Müraciət Etmək Olar
PJA MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12995
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer