Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

Şirkətimizin marketinq komandasına rəqəmsal kommunikasiya sahəsində təcrübəli, strateji düşüncə qabiliyyətinə malik və kreativ yanaşmanı biznes məqsədləri ilə birləşdirə bilən SMM Menecer axtarırıq.

Əsas vəzifələr:

  • Sosial media strategiyasının hazırlanması və icrası

  • Brendin sosial platformalarda effektiv təqdim olunmasının təmin edilməsi

  • Kontent planının hazırlanması və idarə olunması

  • Post, story, reels və reklam məzmunlarının koordinasiyası

  • Analitik hesabatların hazırlanması və nəticələrin təhlili

  • Auditoriya ilə peşəkar kommunikasiya prosesinin idarə edilməsi

Tələblər

  • SMM və rəqəmsal marketinq sahəsində iş təcrübəsi

  • Sosial media alqoritmləri və trendləri üzrə biliklər

  • Canva, Meta Business Suite, CapCut və digər müvafiq platformalarda işləmə bacarığı

  • Kreativ düşüncə və yüksək vizual zövq

  • Azərbaycan dilində yüksək yazılı ünsiyyət bacarığı

  • Məsuliyyətlilik, operativlik və komandada işləmə bacarığı

  • İnfluencer marketing

Biz təklif edirik:

  • Peşəkar və korporativ iş mühiti

  • Karyera inkişafı və yüksəliş imkanları

  • Stabil əmək haqqı və motivasiyaedici bonus sistemi

  • Güclü komanda ilə çalışma fürsəti

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16836

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer