İş yeri: Bakı
Vəzifə haqqında:
Bytelecom komandası olaraq kreativ və dinamik düşüncəyə sahib, motion dizayn sahəsində təcrübəli mütəxəssis axtarırıq. Əgər həm animasiya, həm də qrafik dizayn bacarıqlarınız varsa və reklam kontenti yaratmaqdan zövq alırsınızsa – sizi komandamızda görmək istəyirik!
Əsas vəzifələr:
Sosial media və reklam kampaniyaları üçün motion videoların hazırlanması
Banner, poster və digər vizual materialların dizaynı
Reklam çarxları, reels və promo videoların hazırlanması
Kreativ ideyaların hazırlanması və vizuallaşdırılması
Marketinq komandası ilə koordinasiyalı işləmək