Smetaçı Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 mart 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
Layihə-smeta sənədlərinin Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tələb olunan smeta formatları, normativ göstəricilər və hesablanma qaydalarına uyğunluğun təmin edilməsi;
Layihələrin FHN ekspertizasına təqdim edilməsi üçün smeta sənədlərinin düzgün və tam şəkildə formalaşdırılması
FHN tərəfindən verilmiş irad və düzəlişlərin smeta sənədlərində operativ şəkildə tətbiqi;
İcra mərhələsində FHN tələblərinə uyğun olaraq həcmlərin və dəyər hesablamalarının yoxlanılması;
Tələblər
Müvafiq ixtisas üzrə ali təhsil;
Lokal və icmal smetaların hazırlanması sahəsində minimum 7-15 il iş təcrübəsi;
Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydaları, eləcə də smeta-normativ bazası üzrə bilik (mütləq şərt);
“Tikinti Tətbiqi Normativləri və Dəyərləndirmə” TTND proqramı (lokal və icmal smetalar üzrə) – yüksək səviyyədə bilik (mütləq şərt);
FHN ekspertizasından uğurla keçmiş layihələr üzrə praktiki iş təcrübəsi
Microsoft Excel – yaxşı səviyyədə.
Qeydlər:
Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühitində əməkdaşlıq
Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyati
Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət edərək səmərəli və keyfiyyətli iş icrası
Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşması
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Smetaçı mütəxəssis” qeyd etməyiniz vacibdir.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10730
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+