Layihəçi memar
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 mart 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
İri miqyaslı mülki və sənaye təyinatlı binaların layihələndirilməsi sahəsində təcrübə;
Layihələrin FHN ekspertizasından keçirilmə prosesində, həmçinin icra mərhələsində müəllif nəzarətinin həyata keçirilməsi və bu proseslərdə aktiv iştirak edilməsi
Layihənin digər bölmələri ilə koordinasiyalı şəkildə işləmək, planlaşdırma və texniki uyğunluğu təmin edilməsi;
Müxtəlif ixtisaslaşdırılmış layihə komandaları arasında informasiya axınının effektiv təşkili;
Çap və təqdimat mərhələsindən öncə sənədlərin FHN ekspertiza tələblərinə uyğunluğunun yoxlanılması və təmin edilməsi;
Layihə sənədləri əsasında texniki spesifikasiyaların və həcmlərin dəqiq hesablanması;
Tələblər
Revit proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Memarlıq ixtisası üzrə ali təhsil;
Layihəçi memar kimi minimum 7–8 il iş təcrübəsi;
Eskiz və işçi layihələrin Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasında yüksək təcrübə (mütləq şərt);
Müxtəlif funksiyalı layihələrin FHN ekspertiza tələblərinə uyğun layihələndirilməsi və həcmlərin çıxarılması üzrə təcrübə
Tikinti materialları, texnologiyalar və quraşdırma prosesləri üzrə biliklər;
Layihənin müxtəlif mərhələlərində (eskiz, ilkin təklif, işçi və icra mərhələləri) həcmlərin müvafiq formatda hazırlanması bacarığı.
Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı vacibdir
Qrafika uyğun işləmək və təyin olunmuş dealine-lara riayyət etmək
Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlarda effektiv fəaliyyət göstəmək bacarığı
Stressa davamlılıq və Yüksək Məsuliyyət hissi
Yaradıcı düşüncə, detallara diqqət və təşəbüskarlıq
Qeydlər:
Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühitində əməkdaşlıq
Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyati
Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət edərək səmərəli və keyfiyyətli iş icrası
Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşması
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Layihəçi memar” qeyd etməyiniz vacibdir.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10729
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+