Smeta mühəndisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 9 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Layihə sənədləri əsasında tikinti smetalarının hazırlanması
Ümumi tikinti və MEP işləri üzrə layihə-smeta sənədlərinin tərtib edilməsi
Layihə cizgiləri və spesifikasiyalar əsasında iş həcmlərinin hesablanması
Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi
Layihə / spesifikasiya ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması
Smetaya edilən dəyişikliklərin sənədlərə vaxtında və düzgün inteqrasiyası
Podratçı və üçüncü tərəflər tərəfindən təqdim olunan smetaların texniki və normativ baxımdan yoxlanılması və arayışların hazırlanması
Tikinti sahələrində faktiki iş həcmlərinin və materialların yerində ölçülməsi, hesabat və cədvəllərin tərtibi
Tikinti-quraşdırma və təmir işlərinin bazar qiymətləri ilə qiymətləndirilməsi
Layihə üzrə büdcə risklərinin analizi və smeta dəyərinin uyğunlaşdırılması
Forma 2, Forma 3, Forma M-29 və texniki hesabatların hazırlanması
Tender təkliflərinin hazırlanması, qiymət analizlərinin aparılması və tender komissiyası ilə yazışmalar
Təchizatçılardan alınan qiymətlərin müqayisəli təhlili və baza yaradılması
Yenidən qurulan və ya təmir olunan obyektlər üçün titul vərəqələrinin hazırlanmasında iştirak
Görülmüş işlər üzrə təhvil-qəbul və sınaq aktlarının hazırlanmasında iştirak
Namizədə dair tələblər:
Bəy namizəd
Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə)
Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 3 il iş təcrübəsi
Qüvvədə olan smeta hesablama qaydalarını, tikinti normativlərini və metodiki göstərişləri mükəmməl bilmək
Təmir, quraşdırma və tikinti işləri üzrə hesablama əmsallarını, müvafiq normativ və qanunvericilik aktlarını bilmək
Layihə-smeta işləri üçün normativ-hüquqi sənədlərlə işləmək təcrübəsi
Titul vərəqələrinin, qüsur aktlarının və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək
İqtisadiyyatın əsasları, istehsalatın və əməyin təşkili prinsipləri üzrə biliklər
AutoCAD proqramında sərbəst işləmək bacarığı
MS Excel-də yüksək səviyyədə işləmək bacarığı (hesablama, cədvəllər, analiz) (mütləq)
Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 6 günlük iş həftəsi;
Vakansiya növü: Tam ştat;
Əmək haqqı: Razılaşma yolu ilə.
Müraciət qaydası:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
El-Seym İnşaat QSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4453
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə