SƏTƏM üzrə aparıcı mühəndis
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 9 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində SƏTƏM fəaliyyətinə ümumi rəhbərliyin və koordinasiyanın həyata keçirilməsi;
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə siyasət, prosedur və təlimatların tətbiqinə nəzarət;
Tikinti-quraşdırma işləri zamanı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və preventiv tədbirlərin görülməsi;
Qəza və insidentlərin araşdırılması, səbəblərin müəyyən edilməsi və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər planının hazırlanması;
İşçilər üçün giriş, ilkin, təkrar və növbədənkənar SƏTƏM təlimatlarının keçirilməsi;
Fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə və vəziyyətinə nəzarət;
Podratçı və subpodratçıların SƏTƏM fəaliyyətinin koordinasiyası və monitorinqi;
Dövlət qurumları və sifarişçi qarşısında SƏTƏM üzrə əsas əlaqələndirici şəxs qismində çıxış etmək;
Gündəlik, həftəlik və aylıq SƏTƏM hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesinə nəzarət və təlimçilərin koordinasiyası;
SƏTƏM üzrə daxili auditlərin təşkili və nəticələrinə nəzarət;
Sahədə təhlükəsiz əmək şəraitinin davamlı yaxşılaşdırılması üçün təkliflərin verilməsi.
Namizədə dair tələblər:
Bəy namizəd
İnşaat mühəndisliyi, Əməyin mühafizəsi və ya əlaqəli sahə üzrə ali təhsil;
Tikinti sahəsində minimum 3 il SƏTƏM üzrə iş təcrübəsi;
Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartları (ISO 45001, 14001, 20001 və s.) dərindən bilmək;
FHN sertifikatı mütləqdir, digər SƏTƏM sertifikatları üstünlükdür;
MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
Liderlik, qərarvermə və məsuliyyət daşıma bacarığı;
Güclü ünsiyyət və koordinasiya qabiliyyəti.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 6 günlük iş həftəsi;
Vakansiya növü: Tam ştat;
Əmək haqqı: Razılaşma yolu ilə.
Müraciət qaydası:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə aparıcı mühəndis” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
El-Seym İnşaat QSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4452
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə