Şirkətlərə Qayıt
El-Seym İnşaat QSC

El-Seym İnşaat QSC

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

El-Seym İnşaat QSC

Smeta mühəndisi

El-Seym İnşaat QSC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Layihə sənədləri əsasında tikinti smetalarının hazırlanması Ümumi tikinti və MEP işləri üzrə layihə-smeta sənədlərinin tərtib edilməsi Layihə cizgiləri və spesifikasiyalar əsasında iş həcmlərinin hesablanması Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi Layihə / spesifikasiya ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması Smetaya edilən dəyişikliklərin sənədlərə vaxtında və düzgün inteqrasiyası Podratçı və üçüncü tərəflər tərəfindən təqdim olunan smetaların texniki və normativ baxımdan yoxlanılması və arayışların hazırlanması Tikinti sahələrində faktiki iş həcmlərinin və materialların yerində ölçülməsi, hesabat və cədvəllərin tərtibi Tikinti-quraşdırma və təmir işlərinin bazar qiymətləri ilə qiymətləndirilməsi Layihə üzrə büdcə risklərinin analizi və smeta dəyərinin uyğunlaşdırılması Forma 2, Forma 3, Forma M-29 və texniki hesabatların hazırlanması Tender təkliflərinin hazırlanması, qiymət analizlərinin aparılması və tender komissiyası ilə yazışmalar Təchizatçılardan alınan qiymətlərin müqayisəli təhlili və baza yaradılması Yenidən qurulan və ya təmir olunan obyektlər üçün titul vərəqələrinin hazırlanmasında iştirak Görülmüş işlər üzrə təhvil-qəbul və sınaq aktlarının hazırlanmasında iştirak Namizədə dair tələblər: Bəy namizəd Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə) Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 3 il iş təcrübəsi Qüvvədə olan smeta hesablama qaydalarını, tikinti normativlərini və metodiki göstərişləri mükəmməl bilmək Təmir, quraşdırma və tikinti işləri üzrə hesablama əmsallarını, müvafiq normativ və qanunvericilik aktlarını bilmək Layihə-smeta işləri üçün normativ-hüquqi sənədlərlə işləmək təcrübəsi Titul vərəqələrinin, qüsur aktlarının və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək İqtisadiyyatın əsasları, istehsalatın və əməyin təşkili prinsipləri üzrə biliklər AutoCAD proqramında sərbəst işləmək bacarığı MS Excel-də yüksək səviyyədə işləmək bacarığı (hesablama, cədvəllər, analiz) (mütləq) Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik İş şəraiti: İş yeri: Bakı şəhəri; İş qrafiki: 6 günlük iş həftəsi; Vakansiya növü: Tam ştat; Əmək haqqı: Razılaşma yolu ilə. Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Razılaşma yolu ilə

Bakı

Son Tarix: 9 fevral 2026

El-Seym İnşaat QSC

SƏTƏM üzrə aparıcı mühəndis

El-Seym İnşaat QSC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Tikinti sahəsində SƏTƏM fəaliyyətinə ümumi rəhbərliyin və koordinasiyanın həyata keçirilməsi; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə siyasət, prosedur və təlimatların tətbiqinə nəzarət; Tikinti-quraşdırma işləri zamanı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və preventiv tədbirlərin görülməsi; Qəza və insidentlərin araşdırılması, səbəblərin müəyyən edilməsi və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər planının hazırlanması; İşçilər üçün giriş, ilkin, təkrar və növbədənkənar SƏTƏM təlimatlarının keçirilməsi; Fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə və vəziyyətinə nəzarət; Podratçı və subpodratçıların SƏTƏM fəaliyyətinin koordinasiyası və monitorinqi; Dövlət qurumları və sifarişçi qarşısında SƏTƏM üzrə əsas əlaqələndirici şəxs qismində çıxış etmək; Gündəlik, həftəlik və aylıq SƏTƏM hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesinə nəzarət və təlimçilərin koordinasiyası; SƏTƏM üzrə daxili auditlərin təşkili və nəticələrinə nəzarət; Sahədə təhlükəsiz əmək şəraitinin davamlı yaxşılaşdırılması üçün təkliflərin verilməsi. Namizədə dair tələblər: Bəy namizəd İnşaat mühəndisliyi, Əməyin mühafizəsi və ya əlaqəli sahə üzrə ali təhsil; Tikinti sahəsində minimum 3 il SƏTƏM üzrə iş təcrübəsi; Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartları (ISO 45001, 14001, 20001 və s.) dərindən bilmək; FHN sertifikatı mütləqdir, digər SƏTƏM sertifikatları üstünlükdür; MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı; Liderlik, qərarvermə və məsuliyyət daşıma bacarığı; Güclü ünsiyyət və koordinasiya qabiliyyəti. İş şəraiti: İş yeri: Bakı şəhəri; İş qrafiki: 6 günlük iş həftəsi; Vakansiya növü: Tam ştat; Əmək haqqı: Razılaşma yolu ilə. Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə aparıcı mühəndis” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Razılaşma yolu ilə

Bakı

Son Tarix: 9 fevral 2026