Sistem operatoru (Kürdəmir)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 6 mart 2026
Təsvir
Müəssisə: Şamaxı Dairy Farm MMC
Tələblər
Ali təhsilli olmalı.
MS Office proqramlarında işləməyi bilməli.
Araşdırma və yenilikləri tətbiq etmək bacarığı olmalı.
Təhlil, müqayisə və qərar vermək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
Anbara daxil olan və geri qaytarılan məhsulları müvafiq proqrama işləyir.
Sifariş toplama operatorlarını daşımalar zamanı yönləndirmə funksiyalarını yerinə yetirir.
Məhsul qəbulu zamanı yaranan problemləri yerində həll edir.
Anbardarlar tərəfindən məhsul qəbulu və ya çıxışı zamanı yaranan problemi proqram üzərindən həll edir.
Planlama tərəfindən gələn məhsul tələbinə əsasən yükləmələri qapılara bölüşdürür.
Artıq məhsullar barədə anbardara məlumat verir.
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməlidir.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə.
Nahar şirkət tərəfindən təmin edilir.
Növbəli iş rejimi.
Ünvan: Kürdəmir rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya göstərilən link-ə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sistem operatoru Kürdəmir” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7573
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+