Ana Səhifə
Vakansiyalar

Sifarişlərin bölgüsü üzrə mütəxəssis (Mebel üzrə)

Sifarişlərin bölgüsü üzrə mütəxəssis (Mebel üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 8 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Quraşdırılma ilə bağlı müştəri müraciətlərin müvafiq kateqoriyalar üzrə bölünməsi və yönləndirilməsi;

  • Görülən xidmətlərin yerinə yetirilməsinə təmin və nəzarətin edilməsi;

  • Gözlənilən müştəri müraciətlərinin kənar xidmət göstərən şirkətlərə ötürülməsi;

  • Struktur bölmələrdən gələn sorğuların cavablandırılması;

  • Tabeliyində olan anbara məhsul, avadanlıq və ehtiyyat hissələrinin sifarişi və qalığa nəzarətin edilməsi;

  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi;

  • Xammal ehtiyacının təhlili və müvafiq sifarişlərin formalaşdırılması.

İş şəraiti

  • İş qrafiki: I-VI günlər

Tələblər

  • Ali təhsil (arzu olunandır);

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

  • Səlis Azərbaycan dili, Rus dili biliyi arzuolunandır;

  • Bakı şəhəri və ətraf əraziləri yaxşı tanıması;

  • MS Word və MS Excel proqramlarında işləmə bacarığı;

  • Liderlik;

  • Problem həll etmə bacarığı;

  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;

  • Komandada işləmək bacarığı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8136

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya