SƏTƏMM mühəndisi

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 16 may 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • İşlədiyi sahədə SƏTƏMM işinin təşkilini və əlaqələndirilməsini həyata keçirir.

  • İşlədiyi sahədə işçilər tərəfindən SƏTƏM üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.

  • İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik işlər görür, Şöbə müdirinə təkliflər verir.

  • Layihə rəhbərinə və işçilərə SƏTƏM üzrə məsləhətlər verir.

  • SƏTƏMM üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək. Aşkarlanmış pozuntular barədə Layihə rəhbərinə şifahi məlumat verir və sənədləşdirərək, aktlaşdırır, foto şəkillər çəkilir və şöbə müdirinə hesabat şəklində məruzə edir.

  • Gündəlik yoxlama və nəzarət vərəqəsini şöbə müdirinə təqdim edir.

  • Gündəlik iş əvvəlində İş icraçıları tərəfindən təlimatın keçirilməsinə, təlimat vərəqəsində işçilərə imzalatdırılmasına nəzarət etməli.

  • İşçilərin SƏTƏM dair bütün təlimatların tətbiqini edir.

  • Yeni işə qəbul olunmuş və ya başqa sahədən gələn işçilərə SƏTƏMM-ə dair giriş təlimatının keçirilməsi.

  • İşçilərə SƏTƏMM-ə dair təlimlər keçir və ya keçirilməsini təmin edir.

  • SƏTƏMM-ə dair İllik Tədbirlər planının yerinə yetirilməsində iştirak edir.

  • Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarəti.

  • Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək.

  • İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.

  • SƏTƏMM-ə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək.

Tələblər

  • Yaş həddi: 30 - 50 yaş;

  • Ali təhsilli olmalı (Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi olması üstünlükdür);

  • AZS ASTM F887:2024, AZS BS 7255:2024 standartlarının əsaslarını bilməli;

  • İş təcrübəsi: müvafiq sahədə azı 3 il;

  • Sağlamlığında məhdudiyyətin olmaması;

  • Sürücülük təcrübəsi.

  • Kompyuter proqramları: Microsoft Word, Excel, Outlook

İş şəraiti:

  • İş yeri: Şuşa şəhəri;

  • İş rejimi: 6 günlük;

  • Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;

  • Əmək haqqı razılaşma əsasında

Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin qeyd olunan elektron poçt ünvanına CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14975

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

MEP üzrə mühəndis

Tam Ştat

Vəzifə öhdəlikləri: Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi; MEP layihəsinin hazırlanması; Layihə üzrə iş həcmlərinin çıxarılmasr; Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak; AutoCAD proqramından istifadə etməklə, bütün təsvirlərin hazırlanması; Tikinti, elektrik, su çəkilişi (MEP), istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi, tikinti planları, təsvirləri və spesifikasiyalarının nəzərdən keçirilməsi; Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə sifarişçi arasında texniki əlaqə kimi çıxış etməli; Yerinə yetirilmiş işlər barədə hesabat hazırlanması; Tikinti obyektlərində MEP tələblərinə cavab vermək və şərtləri inkişaf etdirmək üçün müvafiq qurumlarla birbaşa iş; Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması, təmir edildikdən sonra sənədlərə dəyişikliklər edilməsi; Yeraltı tikililəri və kommunikasiyaları qorumaq üçün işlər görülməsi, rabitə, siqnal, ölçmə, nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanılmasını, habelə qazanxanalarda təzyiq cihazlarına nəzarətin təmin edilməsi; Hazırlanmış layihələr barədə rəylər verilməsi, elektrik stansiyaları və şəbəkələrinin istismara verilməsi və sınaqdan keçirilməsində iştirak edilməsi; Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak edir; Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi; Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə layihə həyata keçirilən ərazilərə daimi baxış keçirilməsi və monitorinqinin aparılması; Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasını təşkil edir, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir; Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlərin aparılması və məlumat bazasının yenilənməsi; Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə, daxili əmək intizamı qaydalarına, əməyin təşkilinin əsaslarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.