Şirkətlərə Qayıt
GM Construction

GM Construction

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

GM Construction

MEP üzrə mühəndis

GM Construction

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi; MEP layihəsinin hazırlanması; Layihə üzrə iş həcmlərinin çıxarılmasr; Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak; AutoCAD proqramından istifadə etməklə, bütün təsvirlərin hazırlanması; Tikinti, elektrik, su çəkilişi (MEP), istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi, tikinti planları, təsvirləri və spesifikasiyalarının nəzərdən keçirilməsi; Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə sifarişçi arasında texniki əlaqə kimi çıxış etməli; Yerinə yetirilmiş işlər barədə hesabat hazırlanması; Tikinti obyektlərində MEP tələblərinə cavab vermək və şərtləri inkişaf etdirmək üçün müvafiq qurumlarla birbaşa iş; Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması, təmir edildikdən sonra sənədlərə dəyişikliklər edilməsi; Yeraltı tikililəri və kommunikasiyaları qorumaq üçün işlər görülməsi, rabitə, siqnal, ölçmə, nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanılmasını, habelə qazanxanalarda təzyiq cihazlarına nəzarətin təmin edilməsi; Hazırlanmış layihələr barədə rəylər verilməsi, elektrik stansiyaları və şəbəkələrinin istismara verilməsi və sınaqdan keçirilməsində iştirak edilməsi; Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak edir; Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi; Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə layihə həyata keçirilən ərazilərə daimi baxış keçirilməsi və monitorinqinin aparılması; Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasını təşkil edir, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir; Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlərin aparılması və məlumat bazasının yenilənməsi; Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə, daxili əmək intizamı qaydalarına, əməyin təşkilinin əsaslarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.

GM Construction

Layihə Rəhbəri

GM Construction

Tam Ştat
Orta Səviyyə

İş barədə: Tikinti layihələrinin (xüsusilə fit-out işlərinin) planlaşdırılması, təşkili və idarə olunması; Layihələrin vaxtında, büdcə daxilində və keyfiyyət standartlarına uyğun icrasına nəzarət; Subpodratçıların və işçi heyətinin koordinasiyası; Layihə sənədlərinin (çertyojlar, texniki spesifikasiyalar və s.) təhlili və tətbiqi; Material və resursların düzgün planlaşdırılması və istifadəsinə nəzarət; Müştəri və digər maraqlı tərəflərlə effektiv kommunikasiya; İş təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət; Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi; Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi; Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli; Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi; Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.