Ana Səhifə
Vakansiyalar

MEP üzrə mühəndis

MEP üzrə mühəndis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;

  • MEP layihəsinin hazırlanması;

  • Layihə üzrə iş həcmlərinin çıxarılmasr;

  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak;

  • AutoCAD proqramından istifadə etməklə, bütün təsvirlərin hazırlanması;

  • Tikinti, elektrik, su çəkilişi (MEP), istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi, tikinti planları, təsvirləri və spesifikasiyalarının nəzərdən keçirilməsi;

  • Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə sifarişçi arasında texniki əlaqə kimi çıxış etməli;

  • Yerinə yetirilmiş işlər barədə hesabat hazırlanması;

  • Tikinti obyektlərində MEP tələblərinə cavab vermək və şərtləri inkişaf etdirmək üçün müvafiq qurumlarla birbaşa iş;

  • Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması, təmir edildikdən sonra sənədlərə dəyişikliklər edilməsi;

  • Yeraltı tikililəri və kommunikasiyaları qorumaq üçün işlər görülməsi, rabitə, siqnal, ölçmə, nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanılmasını, habelə qazanxanalarda təzyiq cihazlarına nəzarətin təmin edilməsi;

  • Hazırlanmış layihələr barədə rəylər verilməsi, elektrik stansiyaları və şəbəkələrinin istismara verilməsi və sınaqdan keçirilməsində iştirak edilməsi;

  • Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak edir;

  • Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;

  • Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə layihə həyata keçirilən ərazilərə daimi baxış keçirilməsi və monitorinqinin aparılması;

  • Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasını təşkil edir, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir;

  • Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlərin aparılması və məlumat bazasının yenilənməsi;

  • Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə, daxili əmək intizamı qaydalarına, əməyin təşkilinin əsaslarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.

Tələblər

  • Yaş həddi: 25 – 45;

  • Mühəndislik ixtisası üzrə ali təhsil (mexanika və ya elektrik)

  • MEP mühəndisi olaraq fasiləsiz azı 3 il iş təcrübəsi (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);

  • MS Office və AutoCAD proqramlarını yaxşı səviyyədə bilməli;

  • Azərbaycan dili əla səviyyədə bilməli (xarici dil biliyi üstünlükdür);

  • Məsuliyyətlilik və punktuallıq;

  • Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;

  • Komandada işləmək bacarığı.

İş şəraiti və təminat:

  • İş yeri: Bakı şəhəri;

  • İş rejimi: 6 günlük;

  • Nahar yeməyi;

  • Korporativ nömrə;

  • Əmək haqqı: bazar dəyərinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında.

Digər tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını göstərilən elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14030

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya