Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
SƏTƏM (HSE)

SƏTƏM üzrə mütəxəssis ( Hacıqabul)

SƏTƏM üzrə mütəxəssis ( Hacıqabul)

Technology

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 mart 2026

Son Tarix: 30 mart 2026

Təsvir

  • Müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkil etmək.

  • SƏTƏM fəaliyyətini SƏTƏM qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparmaq.

  • Səlahiyyətləri çərçivəsində yeni qaydaların,prosseslərin,prosedurların, daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak etmək.

  • “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət etmək.

  • Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək və lazımi tövsiyələr vermək.

  • “Aztelekom” MMC-də quraşdırılmış avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək.

  • “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçmək.

  • Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət etmək.

  • İstehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparmaq.

  • Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərmək .

Tələblər

  • Ali təhsil olmalıdır (Ali-texniki təhsilə üstünlük verilir).

  • Sahəsi üzrə 3 il təcrübəsi olmalıdır.

  • Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır.

  • SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir.

  • MS Office və Outlook programlarını bilməlidir.

  • SƏTƏM üzrə dövlət normativ tələblərini və Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri bilməlidir.

  • Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını bilməlidir.

  • İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir.

  • Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini bilməlidir.

  • Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını bilməlidir.

Necə Müraciət Etmək Olar

Aztelekom

Aztelekom

Technology

Aztelekom MMC Azərbaycan Respublikasının milli rabitə operatoru kimi fəaliyyət göstərən telekommunikasiya şirkətidir. Şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətləri təqdim edir. “Aztelekom”un əvvəlki strukturu olan Aztelekom İstehsalat Birliyi 2015-ci ildə yenidən təşkil edilərək MMC formatında fəaliyyətini davam etdirib. Hazırda Aztelekom 57 yerli telekommunikasiya müəssisəsini, eləcə də Beynəlxalq Avtomat Telefon Stansiyası (IATS) və Kabel İnfrastrukturu Xidmət Mərkəzini birləşdirən geniş şəbəkə ilə xidmət göstərir. Şirkət həmçinin keyfiyyət idarəetməsi üzrə ISO 9001:2015 sertifikatı əldə edib və telekommunikasiya/İT sektorunda müxtəlif mükafatlarla təltif olunub.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10697

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Sətəm üzrə aparıcı mütəxəssis

Tam Ştat

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol! Səni hansı missiya gözləyir? Peşə xəstəlikləri və istehsalat qəzalarının qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin həyata keçirilməsini təşkil etmək. Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı qaydalara və qanunvericiliyə əsasən nəzarət işlərini icra etmək. Yeni qaydalar, proseslər, prosedurlar, daxili normativ aktlar və sahə standartlarının hazırlanmasında iştirak etmək. Təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı təkliflər hazırlamaq və onun təmin olunmasına nəzarət etmək. İş yerlərində təlimatların keçirilməsini və müvafiq jurnallarda qeyd olunmasını izləmək. Sanitar-gigiyena norma və qaydalarına əməl olunmasına nəzarət etmək. Avadanlıq və cihazların təhlükəsiz istismarına nəzarət etmək. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasını izləmək. Zərurət yarandıqda SƏTƏMM üzrə təlimlər keçirmək. Əmək və yanğın təhlükəsizliyi tələblərinə işçilər, podratçılar və ziyarətçilər tərəfindən əməl olunmasına nəzarət etmək. İstehsalat travmatizminin və peşə xəstəliklərinin səbəblərini təhlil etmək və uçotunu aparmaq. Zərərli istehsalat amillərinin ölçülməsini və texniki təhlükəsizlik qiymətləndirilməsini təşkil etmək. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası və əməyin mühafizəsi üzrə sertifikatlaşdırma proseslərinə rəhbərlik və nəzarət etmək. İşçilərin tibbi müayinələrə cəlb olunmalı olduğu vəzifələrin siyahısının tərtibinə kömək etmək. Texniki qurğuların və kollektiv mühafizə vasitələrinin uyğunluğunun yoxlanılmasında iştirak etmək. Departamentin digər struktur bölmələri ilə koordinasiyalı işləmək. Rüblük, yarımillik və illik fəaliyyətin təhlilini aparmaq və müvafiq hesabatları təqdim etmək. İldə bir dəfə şöbəyə aid sənədlərin auditini təşkil etmək. İstehsalatda əməyin mühafizəsi üzrə strateji məqsədlərin həyata keçirilməsinə töhfə vermək.

Əmək Münasibətləri və Daxili Araşdırmalar üzrə Baş Mütəxəssis

Tam Ştat

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol! Səni hansı missiya gözləyir? Əməkdaşlardan və əməkdaşlarla bağlı bütün şikayət, müraciət və məlumatların qəbul edilməsi və qeydiyyata alınması. Müraciətlərin mövzularına uyğun olaraq qruplaşdırılması, ilkin qiymətləndirilməsi və müvafiq şöbələrə yönləndirilməsi. Hər bir müraciət üzrə obyektiv, qərəzsiz və hərtərəfli araşdırmaların aparılması. Araşdırma zamanı müvafiq sənədlərin toplanması, tərəflərdən (şikayətçi, cavabdeh, şahid) yazılı və şifahi məlumatların alınması və izahatların sənədləşdirilməsi. Toplanmış məlumatların şirkətin daxili siyasətləri və Əmək Qanunvericiliyinə uyğun təhlil edilməsi. Müraciətin tələblərinə əsasən digər şöbələrlə sıx əməkdaşlıq edilməsi. Araşdırmanın yekun nəticələri üzrə əsaslandırılmış rəy və hesabatların hazırlanması. Təklif olunan qərarların (intizam tədbirləri, prosedur dəyişiklikləri) icrasının izlənməsi. Şikayətlərin təhlili və iş mühitinin yaxşılaşdırılması üçün tövsiyələrin verilməsi. Bütün araşdırma prosesinin biznes etikası və məlumatların gizliliyinə tam riayət etməklə sənədləşdirilməsi, qeydiyyatı və arxivləşdirilməsi.