SƏTƏM üzrə Menecer
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 14 mart 2026
Təsvir
Müəssisədə SƏTƏM işinin təşkili və əlaqələndirilməsi.
Müəssisə işçiləri tərəfindən SƏTƏM qanunvericilik və normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.
Müəssisənin SƏTƏM baxımından fəaliyyətinin təhlil edilməsi və rəhbərliyə hesabatlar təqdim edilməsi, fəaliyyətin təkmilləşdirilməsi üçün tədbirlər təklif edilməsi.
İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili.
Mütəmadi yoxlamalar aparmaq, nöqsanları aradan qaldırmaq üçün prosedurlar hazırlamaq və baş vermiş iş hadisələri və qəzaların səbəblərini təhlil etmək və qarşısının alınması üçün tədbirlər hazırlamaq.
Statistik məlumatların toplanması, risklərin qiymətləndirilməsi, işçilərə təlimatların keçirilməsi və müəssisənin SƏTƏM qanunvericiliyinə uyğunluğunun təmin edilməsi.
SƏTƏM qanunvericiliyinin yerinə yetirilməsi və məsul şəxslərə göstərişlərin verilməsi.
Dövlət orqanlarında və ictimai təşkilatlarda SƏTƏM məsələləri üzrə müəssisənin təmsil edilməsi.
Vahid Məlumat Reyestrində (yoxlama.gov.az portalında) qeyd olunmuş SƏTƏM-lə bağlı səlahiyyətli dövlət orqanı tərəfindən aparılan yoxlamaların nəzərdən keçirilməsi, məlumatların əldə edilməsi və rəhbərliyə çatdırılması.
Müəssisədə hər hansı yoxlama aparılan səlahiyyətli dövlət orqanının yaranan uyğunsuzluqların aradan qaldırılması üçün hazırlama işlərinə və düzəldici tədbirlərə nəzarət.
SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və qaydaları pozan işçilərlə bağlı tədbirlərin görülməsi üçün məlumat vermək.
Müəssisənin ərazilərdə, restoranlarda sanitar gigiyena qaydalarına nəzarət etmək.
Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Müəssisə rəhbərinin və SƏTƏM üzrə funksional rəhbərinin verdiyi tapşırıqların yerinə yetirilməsi.
Hotel direktoruna və TABİA Qrupu HSE Menecerinə birbaşa hesabat vermək.
Tələblər
Təhsil: Ali təhsil (İqtisadiyyat, menecment, psixologiya, hüquq və ya ekologiya sahəsində).
İş təcrübəsi: SƏTƏM sahəsində ən azı 5 il.
Bilik****və Bacarıqlar:
Azərbaycan Respublikasının müvafiq sahə üzrə qanunvericilik bilgiləri;
SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
Operativ və düzgün qərar vermək bacarığı;
Problemləri həll etmə bacarığı;
Kompüter bilikləri:
MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
Dil bilikləri:
Azərbaycan dili – sərbəst;
Rus və ya ingilis dili – yaxşı səviyyədə;
Necə Müraciət Etmək Olar
TABIA Group LLC
Other
TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8753
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor
Şirkət Ölçüsü
501-1000