Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Satış üzrə mütəxəssis

Satış üzrə Menecer(Regionlar)/Cluster Sales Manager (Regions)

Satış üzrə Menecer(Regionlar)/Cluster Sales Manager (Regions)

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 21 mart 2026

Təsvir

  • Satışın analizini aparmaq bacarığı

  • Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilməsi, analiz edə bilməsi

  • Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi

  • Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı

  • Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı

  • Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar departamentə və şəxslərə çatdırılması

  • Potensial müştərilər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim olunması

  • Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi;

  • Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması

  • Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması;

  • Yerli sərgilərdə iştirak edərək, potensial müştərilərin cəlb edilməsi və şirkəti professional şəkildə təqdim etmə bacarığı

  • Rəqib hotellərin daimi satış analizini izləmə bacarığı və ölkənin turizm sahəsində satış təlabatını anlamalı

  • Xüsusi satış kompaniyalarının yaradılmasında iştirak etməli və öz ideyalarını irəli sürməli

  • Aylıq və rüblük satış planını hazırlamalı və ay sonunda qoyulan hədəfləri məruzə etməli

  • Satış koordinatoru tərəfindən yarana biləcək sualları cavablandırmalı və lazım gəldikdə təlimləndirmə bacarığı

Tələblər

Təhsil:

  • Ali təhsil

İş təcrübəsi:

  • Satış sahəsi üzrə şöbə rəhbəri vəzifəsində minimum 5 il idarəetmə təcrübəsinə malik olmaq (hotel idarəçiliyi, aviaşirkət və ya turizm agentliyi)

  • Mütamadi olaraq uzunmüddətli işgüzar səfərlərə (Ezamiyyət) getmək

Bilik və Bacarıqlar:

  • Müştəri məlumat bazalarını idarə etmək bacarığı;

  • CRM və loyallıq proqram təminatını dərindən başa düşməli;

  • Ölkədaxili və beynəlxalq səyahətlər üçün giriş-çıxış məhdudiyyətlərinin olmaması;

  • Peşəkar statistik proqram təminatı və ya ən azı MS Excel-də satış analitikasını həyata keçirmək bacarığı;

  • Yerli və xarici səyahət bazarları haqqında ekosistemi bilmək;

  • Korporativ və ticari hesabların idarə edilməsi və inkişaf etdirilməsi bacarığı;

  • Planlama və təşkilatçılıq;

  • Təşkilati həssaslıq.

Kompüter bilikləri:

  • Microsoft Office və Opera proqram təminatından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst;

  • Rus və ya ingilis dili – yüksək səviyyədə;



Ünvan: TABIA Group MMC / Regionlar üzrə Müvafiq Brend Hotellər

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9264

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Qida və İçki üzrə Menecer

Tam Ştat

İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə hotelin tədbirlər planının icra edilməsini təmin etmək. Hər bir şöbə üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək. Bölmələrarası müntəzəm hesabat görüşləri keçirmək və şöbələrarası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsini təmin etmək. İaşə şöbəsinin meneceri iş başında olmadıqda, şöbənin problemsiz işləməsini təmin etmək. Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək. Digər şöbələrdə müvafiq sayıldıqda, işçilərin daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək. İctimai ərazilərdə fəaliyyət göstərərək əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək. İaşə şöbəsinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək. Hər bir ticarət obyektinin (məs. iaşə obyekti, bar, banket zalları) rentabelli fəaliyyət göstərməsini təmin etmək. Hər bir təsərrüfat bölməsinin (məs. Texniki Təmizlik Xidməti) mümkün qədər minimal xərclər çərçivəsində işləməsini təmin etmək. İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək. Müvafiq sayıldıqda, müvafiq şöbə müdirlərini işə cəlb etməklə, aylıq proqnozların hazırlanmasında iştirak etmək. Müvafiq sayıldıqda, aidiyyəti olan şöbə müdirləri vasitəsilə fəaliyyət göstərərək, əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə etmək. Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı hotelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək. İnventarların idarə edilməsi və hotelin istismar avadanlıqları və digər aktivlərinə cari texniki xidmətin göstərilməsinə kömək etmək.

Satış üzrə Direktor

Tam Ştat

Satışın analizini aparmaq bacarığı Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilməsi, analiz edə bilməsi Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar departamentə və şəxslərə çatdırılması Potensial müştərilər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim olunması Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi; Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması Yerli sərgilərdə iştirak edərək, potensial müştərilərin cəlb edilməsi və şirkəti professional şəkildə təqdim etmə bacarığı Rəqib hotellərin daimi satış analizini izləmə bacarığı və ölkənin turizm sahəsində satış təlabatını anlamalı Xüsusi satış kompaniyalarının yaradılmasında iştirak etməli və öz ideyalarını irəli sürməli Aylıq və rüblük satış planını hazırlamalı və ay sonunda qoyulan hədəfləri məruzə etməli Satış koordinatoru tərəfindən yarana biləcək sualları cavablandırmalı və lazım gəldikdə təlimləndirmə bacarığı Satış rəhbəri tərəfindən tərtib edilən şəxsi inkişaf və təlim planını vaxtında bitirməli və hesabat verməli Hədəflənən aylıq və illik büdcəni doldurmaq məqsədilə, satış strategiya planını hazırlamalı və Satış rəhbərinə hesabat verməli

SƏTƏM üzrə Menecer

Tam Ştat

Müəssisədə SƏTƏM işinin təşkili və əlaqələndirilməsi. Müəssisə işçiləri tərəfindən SƏTƏM qanunvericilik və normativ hüquqi aktlara əməl edilməsinə nəzarət. Müəssisənin SƏTƏM baxımından fəaliyyətinin təhlil edilməsi və rəhbərliyə hesabatlar təqdim edilməsi, fəaliyyətin təkmilləşdirilməsi üçün tədbirlər təklif edilməsi. İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili. Mütəmadi yoxlamalar aparmaq, nöqsanları aradan qaldırmaq üçün prosedurlar hazırlamaq və baş vermiş iş hadisələri və qəzaların səbəblərini təhlil etmək və qarşısının alınması üçün tədbirlər hazırlamaq. Statistik məlumatların toplanması, risklərin qiymətləndirilməsi, işçilərə təlimatların keçirilməsi və müəssisənin SƏTƏM qanunvericiliyinə uyğunluğunun təmin edilməsi. SƏTƏM qanunvericiliyinin yerinə yetirilməsi və məsul şəxslərə göstərişlərin verilməsi. Dövlət orqanlarında və ictimai təşkilatlarda SƏTƏM məsələləri üzrə müəssisənin təmsil edilməsi. Vahid Məlumat Reyestrində (yoxlama.gov.az portalında) qeyd olunmuş SƏTƏM-lə bağlı səlahiyyətli dövlət orqanı tərəfindən aparılan yoxlamaların nəzərdən keçirilməsi, məlumatların əldə edilməsi və rəhbərliyə çatdırılması. Müəssisədə hər hansı yoxlama aparılan səlahiyyətli dövlət orqanının yaranan uyğunsuzluqların aradan qaldırılması üçün hazırlama işlərinə və düzəldici tədbirlərə nəzarət. SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və qaydaları pozan işçilərlə bağlı tədbirlərin görülməsi üçün məlumat vermək. Müəssisənin ərazilərdə, restoranlarda sanitar gigiyena qaydalarına nəzarət etmək. Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Müəssisə rəhbərinin və SƏTƏM üzrə funksional rəhbərinin verdiyi tapşırıqların yerinə yetirilməsi. Hotel direktoruna və TABİA Qrupu HSE Menecerinə birbaşa hesabat vermək.