SƏTƏM üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 24 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkətin təhlükəsizlik və ətraf mühit idarəetmə sisteminin hazırlanması və qorunması;
SƏTƏM təlim proqramlarının hazırlanması, koordinasiyası və işçilərə məlumatların çatdırılması;
Şirkət daxilində SƏTƏM haqqında məlumatlılıq və hazırlıq səviyyəsinin davamlı saxlanılması;
Daxili SƏTƏM siyasətinin, prosedurların yaradılması, təkmilləşdirilməsi və idarə olunması;
İş yerindəki yanğın və digər təhlükəsizlik tələblərinin icrasının təmin edilməsi, ilkin yardım təchizatı, yanğın və digər təhlükəsizlik vasitələrinə nəzarətin təşkili;
Təcili təxliyə və hazırlıq proseslərinin hazırlanması, təşkilatın və əməkdaşların bu sahədə hazırlılığı;
İşçilərə iş yeri statistikasını, yeni və mövcud təhlükələri və sistem dəyişikliklərini təmin edən SƏTƏM ilə bağlı müntəzəm hesabatların, təqdimatların, bülletenlərin, posterlərin və kommunikasiyaların hazırlanması və paylanması;
İş yerlərində mütəmadi yoxlamaların aparılması, proseslərin və sistemlərin inkişaf etdirilməsinin yollarının tövsiyə edilməsi;
SƏTƏM qaydalarının pozulmasının araşdırılması, habelə qəza və insidentlərin araşdırılması, qeydlərin aparılması, təhlil və hesabatların təklif olunan həllərin vaxtında və dəqiq təqdim edilməsi;
Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi;
Ventilyasiya, yanğın təhlükəsizliyinin təmin edilməsi, qanuni tələblərlə uyğunluğun təmin edilməsi, müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqənin qurulması.
Tələblər
Mühəndislik və ya müvafiq sahə üzrə bakalavr təhsili;
SƏTƏM üzrə yerli və yaxud beynəlxalq sertifikat;
SƏTƏM üzrə 1 il təcrübə;
Hərbi mükəlləfiyyətli (Yaşı 28-dən çox olmayan);
Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, xarici dillər aruolunandır;
Güclü ünsiyyət bacarığı, müxtəlif tərəflər qrupuna təsir etmək bacarığı;
Komanda ilə işləmək bacarığı;
Təşəbbüskar olmaq və yaxşı təşkilatçılıq bacarıqları;
MS Office programları üzrə biliklər.
CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə kiçik mütəxəssis” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Iktex
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15012
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə