Kiçik Data Analitik (Junior data analyst)

Bakı

Tam Ştat

Başlanğıc Səviyyə

700 - 1.300 AZN

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 24 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılmasının təşkili;

  • Proqram tətbiqi üzərində dataların müəyyən arayış formalarına adaptasiyası;

  • Proqram tətbiqindən alınmış datalar ilə müəyyən hesabatların Excel formatda hazırlanması;

  • Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

  • Yeni təhlilləri hazırlamaq və bu istiqamətdə təkliflər vermək;

  • Gündəlik təhlil apararaq məlumatlarda olan uyğunsuzluqları aşkarlamaq;

  • Məlumatların təmizlənərək daha anlaşılan formalarını hazırlamaq;

  • Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (İT sahəsi üzrə);

  • Hərbi mükəlləfiyyətli. (Yaşı 28-dən çox olmayan);

  • Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı;

  • Python, MS Excel vacib, SQL və vizuallaşdırma alətləri (Power BI, Tableau, Qliksense) ilə işləmə bacarığı isə üstünlükdür;

  • Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili;

  • Xarici dil bilikləri arzuolunandır.

Səriştələr:

  • Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;

  • İnkişafa yönümlü və innovativ;

  • Operativlik və çeviklik;

  • Komandada işləmək bacarığı;

  • Nəticə yönümlü.

Üstünlüklərimiz:

  • Peşakar komandada işləmək imkanı;

  • Yeni işçinin təlimləndirilməsi;

  • Ölkədaxili və xarici təlimlərdə iştirak;

  • Şirkət tərəfindən nahar;

  • Karyera unkişafı.

Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 700-1300 AZN)

Vakansiyanın tələblərinə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Data Analitik (Junior data analyst)” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15009

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Başlanğıc Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

SƏTƏM üzrə kiçik mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri: Şirkətin təhlükəsizlik və ətraf mühit idarəetmə sisteminin hazırlanması və qorunması; SƏTƏM təlim proqramlarının hazırlanması, koordinasiyası və işçilərə məlumatların çatdırılması; Şirkət daxilində SƏTƏM haqqında məlumatlılıq və hazırlıq səviyyəsinin davamlı saxlanılması; Daxili SƏTƏM siyasətinin, prosedurların yaradılması, təkmilləşdirilməsi və idarə olunması; İş yerindəki yanğın və digər təhlükəsizlik tələblərinin icrasının təmin edilməsi, ilkin yardım təchizatı, yanğın və digər təhlükəsizlik vasitələrinə nəzarətin təşkili; Təcili təxliyə və hazırlıq proseslərinin hazırlanması, təşkilatın və əməkdaşların bu sahədə hazırlılığı; İşçilərə iş yeri statistikasını, yeni və mövcud təhlükələri və sistem dəyişikliklərini təmin edən SƏTƏM ilə bağlı müntəzəm hesabatların, təqdimatların, bülletenlərin, posterlərin və kommunikasiyaların hazırlanması və paylanması; İş yerlərində mütəmadi yoxlamaların aparılması, proseslərin və sistemlərin inkişaf etdirilməsinin yollarının tövsiyə edilməsi; SƏTƏM qaydalarının pozulmasının araşdırılması, habelə qəza və insidentlərin araşdırılması, qeydlərin aparılması, təhlil və hesabatların təklif olunan həllərin vaxtında və dəqiq təqdim edilməsi; Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi; Ventilyasiya, yanğın təhlükəsizliyinin təmin edilməsi, qanuni tələblərlə uyğunluğun təmin edilməsi, müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqənin qurulması.