Elektronika üzrə mütəxəssis (Elektronçu)
Tələb olunan bilik və bacarıqlar:
Orta ixtisas və ya ali təhsil (Elektronika, Elektrik, Avtomatika və ya oxşar sahələr üzrə)
Hərbi mükəlləfiyyətli olmaq;
Yaş həddi: 20–25 yaş;
Elektron komponentlər (rezistor, kondensator, tranzistor, rele və s.) üzrə biliklər;
Elektron sxemlərin oxunması və analiz edilməsi bacarığı;
Ölçü cihazları ilə işləmək bacarığı (multimetr, osiloskop və s.)
Lehimləmə və komponentlərin dəyişdirilməsi bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Texniki nasazlıqları həll etmə bacarığı;
Komanda ilə işləmək və ünsiyyət bacarıqları;
Vaxtın idarə olunması;
Təhlükəsizlik qaydalarına əməl etmək.
Vəzifə öhdəlikləri:
Elektron avadanlıqların diaqnostikasını aparmaq və nasazlıqları aradan qaldırmaq;
Elektron lövhələrin (PCB) təmiri və bərpasını həyata keçirmək;
Elektron sistemləri yığmaq, sazlamaq və test etmək;
Nasaz komponentləri aşkar etmək və dəyişdirmək;
Elektron avadanlıqların profilaktik baxımını həyata keçirmək;
Təmir və texniki xidmət zamanı texniki sənədlərə uyğun işləmək;
Avadanlıqlarda yaranan problemlər barədə hesabatların hazırlanması;
Yeni qurğuları quraşdırmaq və ilkin sazlamanı həyata keçirmək;
Təhlükəsizlik və texniki normalara riayət olunmasını təmin etmək.
Əmək haqqı:
Əmək haqqı 700–1000 AZN aralığında olmaqla, namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcəkdir;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi.
Vakansiyanın tələblərinə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Elektronika üzrə mütəxəssis (Elektronçu)” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.