Ana Səhifə
Vakansiyalar

SƏTƏM üzrə kiçik məsləhətçi

SƏTƏM üzrə kiçik məsləhətçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 15 fevral 2026

Təsvir

Şirkət: Azertexnolayn MMC (Polad Boru Zavodu)Vəzifə öhdəlikləri:

  • Yeni işə girən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında giriş təlimatı keçir və xüsusi qeydlər aparır;

  • Ətraf mühitin mühafizəsinə və işçilərin sanitar gigiyena qaydalarına əməl etmələrinə nəzarət edir;

  • Zavod ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini, yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olduğunu yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirir;

  • Sahədə işçilərə iş öncəsi əməyin mühafizəsi ilə bağlı günlük təlimatların keçirilməsinə nəzarət edir,təlimat sənədlərinə nəzarət edir;

  • İş yerlərində işçilərin FMV-dən istifadə etmələrinə, təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət edir, qayda pozuntusu edən işçilər haqqında xəbərdarlıq forması yazır;

  • Zavoda ziyarətə gələn qonaqlara təhlükəsizlik qaydaları haqqında təlimat keçir, FMV ilə təmin edir;

  • Görülən işlər haqqında hesabat verir.

Tələblər

  • Təhsil: Ali (müvafiq sahə üzrə);

  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;

  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qanunvericiliyi üzrə biliklər;

  • Sahə əməliyyatlarının təhlükəsizlik aspektlərini anlama bacarığı;

  • Güclü ünsiyyət, analitik düşüncə və sənədləşmə qabiliyyəti;

  • Ofis proqramlarında işləməyi bacarmalı.

İş şəraiti

  • Korporativ nömrə;

  • Nahar

  • Növbəli iş rejimi

  • İş yeri: Sumqayıt şəhəri

Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “SƏTƏM üzrə kiçik məsləhətçi” qeyd edərək qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4946

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Mühasib köməkçisi

Tam Ştat

Struktur: Maliyyə Departamenti/ Mühasibatlıq şöbəsi Əsas vəzifə öhdəlikləri: Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması və sistemə daxil edilməsi; Debitor və kreditor borclarının uçotunun aparılması; Ödəniş tapşırıqlarının hazırlanması və icrasına nəzarət; Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi; Vergi qanunvericiliyinə uyğun hesabatlar üçün məlumatların hazırlanmasında iştirak; Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası. Seçim meyarları: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə); MS Office (xüsusilə Excel); Dil bilikləri: İngilis dili (üstünlükdür) Şəxsi və peşəkar bacarıqlar: Analitik düşünmə və analiz etmə qabiliyyəti, məlumatların toplanması və təhlil edilməsi, Yüksək dəqiqlik və məsuliyyət hissi, effektiv ünsiyyət bacarığı, düzgün və vaxtında qərarvermə, Etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə bacarığı, Aktiv öyrənməyə və özünütəkmilləşdirməyə açıq olmaq. İş şərtləri: İş rejimi:  5 gün 09:00 – 18:00 İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir. Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Mühasib köməkçisi" başlığı altında qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur

Təchizat üzrə mütəxəssis (Texniki Avadanlıqlar Zavoduna)

Tam Ştat

Əmək funksiyası: Texniki Avadanlıqlar Zavoduna lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili ,müqavilələrin bağlanması işlərində iştirak edir; Qiymət, lead time və ödəniş şərtlərini balanslı qiymətləndirmə bacarığı Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunması Zəruri hesabatların hazırlanması Gecikmə və risklər zamanı alternativ təklif təqdim edə bilməsi Xarici bazardan təmin ediləcək sifarişlərin A-dan Z-yə icrası (RFQ → PO → göndəriş) Bilməlidir: Təchizat ilə bağlı milli və beynəlxalq qanunvericiliyi; Təchizatçı ilə birbaşa danışıqlar aparmaq bacarığı; Logistika və gömrük prosesləri üzrə baza biliklər; INCOTERMS 2020 üzrə bilik; Mülki məcəllənin əsaslarını; Təchizat ilə bağlı hüquqi-normativ sənədləri; Fəaliyyəti ilə əlaqadar dövlətlərarası və beynəlxalq müqavilələri; Sifariş etdiyi malların növləri, standartları, texniki şərtləri, başlıca xassələri, keyfiyyət xüsusiyyətləri və onların təyinat metodikasını; Texniki vasitələrin istismarı və müvafiq sənədlərlə işləmə qaydalarını bilməlidir. İş qrafiki: Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir. İstirahət günü: Şənbə və Bazar günü

Sumqayıt