Təchizat üzrə mütəxəssis (Texniki Avadanlıqlar Zavoduna)
Sumqayıt
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 7 fevral 2026
Təsvir
Əmək funksiyası:
Texniki Avadanlıqlar Zavoduna lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili ,müqavilələrin bağlanması işlərində iştirak edir;
Qiymət, lead time və ödəniş şərtlərini balanslı qiymətləndirmə bacarığı
Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunması
Zəruri hesabatların hazırlanması
Gecikmə və risklər zamanı alternativ təklif təqdim edə bilməsi
Xarici bazardan təmin ediləcək sifarişlərin A-dan Z-yə icrası (RFQ → PO → göndəriş)
Bilməlidir:
Təchizat ilə bağlı milli və beynəlxalq qanunvericiliyi;
Təchizatçı ilə birbaşa danışıqlar aparmaq bacarığı;
Logistika və gömrük prosesləri üzrə baza biliklər;
INCOTERMS 2020 üzrə bilik;
Mülki məcəllənin əsaslarını;
Təchizat ilə bağlı hüquqi-normativ sənədləri;
Fəaliyyəti ilə əlaqadar dövlətlərarası və beynəlxalq müqavilələri;
Sifariş etdiyi malların növləri, standartları, texniki şərtləri, başlıca xassələri, keyfiyyət xüsusiyyətləri və onların təyinat metodikasını;
Texniki vasitələrin istismarı və müvafiq sənədlərlə işləmə qaydalarını bilməlidir.
İş qrafiki:
Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
İstirahət günü: Şənbə və Bazar günü
Tələblər
Ali təhsil
İngilis dili və Türk dili biliyi yüksək səviyyədə,Rus dili biliyi üstünlükdür
MS Office proqramları, Logo
Xarici satınalma üzrə ən azı 1-2 il iş təcrübəsi
İxtisas: İqtisadiyyat
Namizədlərin dəyərləndirilmə prosesi:
Birinci mərhələ- Məntiq və İngilis dilindən test imtahanı
İkinci mərhələ- İnsan resursları və Təchizat şöbə rəsi ilə müsahibə
Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “Təchizat üzrə mütəxəssis” başlığı altında qeyd edərək göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azertexnolayn
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4176
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə