SƏTƏM üzrə inzibatçı / HSE Admin
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 fevral 2026
Son Tarix: 25 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Layihələrdən daxil olan SƏTƏM inspeksiya aktlarının və hesabatların qəbulu və qeydiyyatının aparılması;
Gündəlik sahə müşahidələrinin və uyğunsuzluqların (NCR) reyestrinin yaradılması və izlənilməsi
Düzəldici və qabaqlayıcı tədbirlərin (Corrective/Preventive Actions) izlənilməsi;
Layihələrdən gələn aylıq və həftəlik SƏTƏM hesabatlarının qeydiyyatı və ümumiləşdirilməsinin aparılması;
Layihələr üzrə SƏTƏM göstəricilərinin toplanması və analiz edilməsi;
Təlimlərin, təlimatlandırmaların və brifinqlərin qeydiyyatının aparılması;
FHN, Əmək Müfəttişliyi və digər yoxlamalar üzrə SƏTƏM sənədlərinin hazırlanmasına dəstək göstərilməsi;
Hadisə hesabatlarının arxivləşdirilməsi və statistik təhlili;
Layihələrdə işləyən SƏTƏM əməkdaşlarına tapşırıqların, təlimatların, məlumatların göndərilməsi;
Uyğunsuzluqların aradan qaldırılması üçün yazılı bildirişlərin hazırlanması;
SƏTƏM prosedurlarının və təlimatlarının paylaşılması;
SƏTƏM sənədlərinin elektron və fiziki arxivinin təşkil edilməsi;
ISO 45001 və ISO 14001 sistem sənədlərinin izlənilməsi və vaxtaşırı yenilənməsi;
Risk qiymətləndirmə sənədlərinin qeydiyyatının aparılması.
Vəzifə üzrə tələblər:
Ali təhsil (Texniki, Ekologiya, Əməyin mühafizəsi və ya əlaqəli sahə üstünlükdür)
Minimum 3 il SƏTƏM inzibatçısı təcrübəsi
Azərbaycan dili və İngilis dili
Microfost Office proqramları
Süni zəka alətlərindən istifadə üstünlükdür
SƏTƏM üzrə sertifikatların olması üstünlükdür
ISO sistemləri üzrə bilik üstünlükdür
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "HSE Admin" qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9851
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+