AI Mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 mart 2026

Son Tarix: 23 mart 2026

Təsvir

Əsas vəzifələr:

  • LLM əsaslı tətbiqlərin (chatbot, agent, RAG sistemləri) layihələndirilməsi və hazırlanması

  • Prompt engineering (template-lər, versiyalama, guardrails)

  • OpenAI, Anthropic, Google Gemini kimi API-larla inteqrasiya

  • AI nəticələrinin performansının qiymətləndirilməsi və optimallaşdırılması (dəqiqlik, uyğunluq, stabil cavab)

  • Komanda üzvləri ilə birgə AI strategiyasının müəyyənləşdirilməsi

  • Biznes use case-ləri üçün data contract yanaşmasının qurulması: Excel/CSV formatlarının standartlaşdırılması, schema validation, mapping

  • Nəticələrin strukturlaşdırılması və saxlanması üçün Postgres/SQL əsaslı data layer ilə işləmək (result tables, metadata)

  • Hallusinasiyanı azaltmaq üçün nəzarət mexanizmləri: “don’t guess” qaydaları, structured output (JSON/tablolar), “needs review” statusları

  • Audit/logging tələblərinin tətbiqi: kim/nə vaxt/hansı sorğu/nəticə izlənə bilsin (governance)

  • ERP və digər korporativ sistemlərə inteqrasiya olunan AI həllərində workflow düşüncəsi

Tələblər

  • Python proqramlaşdırma dilini mükəmməl bilmək (3+ il təcrübə)

  • LLM API-larla (OpenAI, Anthropic, Cohere və s.) iş təcrübəsi

  • LangChain, LlamaIndex və ya oxşar freymvorklarla təcrübə

  • RAG (Retrieval-Augmented Generation) arxitekturalarını anlamaq

  • Vector verilənlər bazaları (Pinecone, Weaviate, Chroma) ilə tanışlıq (alternativ: pgvector anlayışı)

  • AI/ML konsepsiyaları üzrə möhkəm nəzəri bilik

  • Azərbaycan və ya rus dilini sərbəst, ingilis dilini texniki səviyyədə bilmək

Üstünlük sayılan bilik və bacarıqlar:

  • Açıq mənbəli LLM modelləri (Llama, Mistral) ilə iş təcrübəsi

  • Cloud platformalar (AWS, GCP, Azure) ilə tanışlıq

  • AI məhsulların istehsalata çıxarılması təcrübəsi (prod readiness, monitoring, cost control)

  • SQL/Postgres və data keyfiyyəti (validation, reconciliation) üzrə praktiki biliklər

Namizədlərdən CV-lərini “AI Mühəndisi” başlığı ilə cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

North West

North West

Other

North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10132

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Tabelçi (Qarabağ bölgəsində layihələr)

Tam Ştat

Vəzifə funksiyaları: Layihələr üzrə işçilərin şəxsi işlərini aparmaq və yaratmaq; İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək; İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək; Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək; İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək; İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İK ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək; Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək; Layihə işçilərinin şikayətlərini araşdırmaq və onu İnsan Resursları Departamentinə çatdırmaq; HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək; Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyəti təmin etmək üçün İİB-ə dəstək vermək; İnkişaf hesabatlarını dəstəkləmək üçün, nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək;