SƏTƏM mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

  • Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək.

  • İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək.

  • SƏTƏM üzrə müvafiq hesabatlar hazırlamaq.

  • Əməyin mühafizəsinə dair prosedur, qayda və təlimatları hazırlayıb tətbiq etmək.

  • Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilmək və təminatını təşkil etmək.

  • İstehsalatda baş verə biləcək bədbəxt hadisələrin analizi və hadisələri araşdırmaq.

  • Təhlükələrin müəyyənləşdirilməsi / risk qiymətləndirilməsini aparmaq və tətbiq etmək.

Tələblər

  • Təhsil: Ali;

  • Yaş həddi: 30-a qədər;

  • İş təcrübəsi: minimum 6 ay;

  • Təlimlər/sertfikiatlar: SƏTƏM sahəsi üzrə sertifikatların olması üstünlükdür;

  • Microsoft Office (Word, Excel, Outlook və PowerPoint) proqramlarında işləmək bacarığı;

  • Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır).

İş şəraiti:

  • İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış iş günü);

  • İş yeri: Ağdağ gips zavodu (Qaradağ rayonu Salyan şosesi 27);

  • Nahar təmin olunur;

  • Nəqliyyat təmin olunur.

  • Əmək haqqı; Biz bunu təcrübəniz əsasında müəyyən edəciyik.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8701

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya