Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Sərnişin müraciətləri şöbəsi/ Mütəxəssis

Sərnişin müraciətləri şöbəsi/ Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 mart 2026

Son Tarix: 24 mart 2026

Təsvir

  • Baqajın itməsi, zədələnməsi və gecikdirilməsi ilə bağlı sərnişin müraciətlərinin qəbul edilməsi və araşdırılması;

  • Daxil olan şikayətlərin vaxtında və prosedurlara uyğun şəkildə emal olunması;

  • Baqaj insidentləri üzrə məlumatların toplanması, qeydiyyatı və müvafiq sistemlərdə işlənməsi;

  • Zəruri hallarda aidiyyəti bölmələr və tərəfdaşlarla koordinasiyanın təmin edilməsi;

  • Sərnişin müraciətlərinin operativ və keyfiyyətli şəkildə cavablandırılması;

  • Baqaj insidentləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Təhsil səviyyəsi: Ali;

  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;

  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;

  • Danışıqların aparılması bacarığı;

  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

  • Dil bilikləri: Azərbaycan dili (yüksək), İngilis dili (yüksək), Rus dili (arzuolandır).

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11488

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Verilənlər bazasının administratoru / İnformasiya Texnologiyaları İdarəsi

Tam Ştat

Oracle, PostgreSQL, MSSQL və MYSQL mühitlərinin arxitektura səviyyəsində idarə olunması, optimizasiyası və yüksək əlçatanlığının təmin edilməsi; Məlumat bazası infrastrukturlarının dizaynı, capacity planning və performans strategiyalarının hazırlanması; Database təhlükəsizlik siyasətlərinin hazırlanması və tətbiqi (auditing, encryption, least privilege prinsipi, compliance tələbləri); Backup, restore və Disaster Recovery strategiyalarının hazırlanması və avtomatlaşdırılması (RMAN, Data Guard, pgBackRest, Always On və s.); Performans problemlərinin dərin analiz edilməsi (AWR, ASH, execution plan analysis, wait event analysis, index və storage tuning); High Availability və DR həllərinin qurulması və optimizasiyası (Oracle Data Guard, RAC, PostgreSQL Streaming/Logical Replication, MSSQL Always On AG, Failover Cluster); Failover və switchover ssenarilərinin planlaşdırılması, mütəmadi test edilməsi və prosedurların sənədləşdirilməsi; Monitoring və alert mexanizmlərinin qurulması və təkmilləşdirilməsi (OEM, Zabbix, Prometheus və s.); Mürəkkəb insidentlərin araşdırılması, root cause analysis aparılması və preventive tədbirlərin tətbiqi; CI/CD və DevOps proseslərində database inteqrasiyasının təmin edilməsi; Digər IT komandaları ilə (Dev, SysAdmin, Network, Security) koordinasiyalı işləmə və layihə səviyyəsində iştirak.

Beynəlxalq satış üzrə aparıcı mütəxəssis / Satış və Əməkdaşlıq İdarəsi

Tam Ştat

Beynəlxalq bazarlarda agent və GSA şəbəkəsinin idarə olunması – Mövcud agent və GSA tərəfdaşları ilə davamlı əlaqələrin qurulması, müqavilə şərtlərinə nəzarət, satış performansının qiymətləndirilməsi və yeni potensial tərəfdaşların müəyyən edilərək əməkdaşlığa cəlb olunması; Satış planlarının icrası və aylıq/illik hədəflərin monitorinqi – Təyin olunmuş bazarlar üzrə satış hədəflərinin yerinə yetirilməsinə nəzarət, performans analizlərinin aparılması və nəticələrə əsasən düzəliş tədbirlərinin hazırlanması; Kommersiya təkliflərinin hazırlanması və tərəfdaşlarla razılaşdırılması - Xüsusi tarif, incentive və digər kommersiya şərtlərinin hazırlanması, maliyyə və pricing bölməsi ilə koordinasiya və tərəfdaşlarla danışıqların aparılması; Turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi – Mövcud turizm şirkətləri ilə münasibətlərin inkişaf etdirilməsi, yeni müştərilərin cəlb edilməsi və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin qurulması; Bazar təhlilləri və rəqib monitorinqi – Hədəf bazarlarda satış dinamikasının təhlili, rəqib şirkətlərin tarif və distribusiya strategiyalarının monitorinqi, bazar payının artırılması üçün təkliflərin hazırlanması; Satış performansı üzrə hesabatların hazırlanması -Aylıq və rüblük satış nəticələrinin təhlili, əsas performans göstəriciləri (KPI) üzrə hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması; Pricing, Marketinq və digər daxili komandalarla koordinasiya – Satış fəaliyyətlərinin effektivliyinin artırılması məqsədilə müvafiq daxili bölmələrlə sıx əməkdaşlıq, kampaniyaların və kommersiya təşəbbüslərinin birgə icrası; Distribusiya kanalları üzrə ümumi nəzarət və texniki komandalarla operativ əlaqə (NDC/GDS üzrə əsas koordinasiya) – Satış kanallarının düzgün işləməsinə nəzarət, texniki məsələlərin operativ həlli üçün müvafiq şöbələrlə koordinasiya və distribusiya effektivliyinin artırılmasına yönəlmiş təkliflərin hazırlanması.