Mühafizə Xidməti/ Mühafizə üzrə inspektor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 22 mart 2026
Təsvir
Hava gəmilərinin mühafizəsini təmin etmək və dayanacaqlarda patrul xidməti aparmaq;
Hava gəmisinə yaxınlaşan şəxslərin buraxılış vərəqələrini yoxlamaq və onların hava gəmisinə buraxılmasının zəruriliyini dəqiqləşdirmək;
Şübhəli şəxslər və hallar aşkar edildikdə dərhal növbə rəisinə məlumat vermək və zəruri tədbirlər görmək;
Mühafizə olunan ərazilərdə hasarların, qapıların, kilid və plombaların vəziyyətinə nəzarət etmək;
Postda olan avadanlıqların və rabitə vasitələrinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Xidmət zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Tələblər
Ali təhsil (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);
Dil bilikləri: Azərbaycan dili (əla) , ingilis dili (orta), əlavə xarici dil biliyi üstünlük hesab edilir;
Məhkumluq və zərərli vərdişlərin olmaması;
Psixoloji və fiziki cəhətdən sağlam;
Həqiqi hərbi xidmət keçmiş;
20-35 yaş arası qadın və kişi namizədlər;
Boy göstəriciləri: kişi namizədlər üçün 1.75 sm, qadın namizədlər üçün 1.65 sm az olmamalı);
Məsuliyyətli, detallara qarşı diqqətli, çalışqan;
Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
Komandada işləmək bacarığı.
Əlavə iş şərtləri:
İş rejimi: Növbəli;
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
Geyim üslubu: Xüsusi geyim forması.
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11487
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+