Sərfiyyat məhsulların satışı üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 23 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Bazarın və rəqiblərin təhlili.
Şirkətin sərfiyyat məhsulları haqqında tam məlumatlı olmaq.
Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi: soyuq zənglərin edilməsi, görüşlərin təyin olunması, oflayn və onlayn danışıqların aparılması.
Mövcud müştəri bazasının saxlanılması və inkişaf etdirilməsi: rut üzrə görüşlərin keçirilməsi, ehtiyacların müəyyən edilməsi, sorğuların təhlili və kommersiya təkliflərinin hazırlanması.
Marketinq fəaliyyətlərinin keçirilməsi üzrə təkliflərin hazırlanması.
Məhsulların təqdimatı.
Debitor borclarına nəzarət.
Satış planının icrası.
Anbar qalıqlarına nəzarət və stock-out profilaktikası.
Görülmüş işlər barədə aylıq hesabatların hazırlanması.
Tələblər
Ali təhsil (tibbi təhsil arzuolunan).
Müvafiq sahədə oxşar vəzifədə 1–3 il iş təcrübəsi.
Rus və ingilis dillərini bilmək arzuolunandır.
Yüksək ünsiyyət bacarığı, danışıqlar aparmaq və təqdimatlar keçirmək bacarığı.
Özünüinkişaf və öyrənməyə açıq olmaq.
Yüksək intizamlı və xidməti subordinasiya qaydalarına riayət edən.
Səlis şifahi və yazılı nitq.
Müstəqillik və nəticəyönümlülük.
1C, MS Office və Outlook proqramlarını yaxşı səviyyədə bilmək.
Ezamiyyət xarakterli işə hazır olmaq.
İş şəraiti:
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Sərfiyyat məhsullarının satışı üzrə mütəxəssis qeyd etməklə göstərilən e-mail elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9772
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+