Kateqoriya üzrə mütəxəssis (Uşaq və gigiyena məhsulları üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 2 aprel 2026
Təsvir
Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür;
Bazar araşdırması, rəqib analizi və istehlakçı trendlərinin təhlili üzrə praktiki biliklər.
Əsas vəzifə öhdəlikləri:
Nəzarətində olduğu kateqoriya üzrə işin aparılması;
Mövcud təchizatçılarla məhsulların alış həcmi, satış qiymətləri, kampaniyalar, investisiya məhsulları və digər aktivliklər üzərindən danışıqların aparılması;
Səmərəli təchizatçıların tapılması və əməkdaşlıq təkliflərinin hazırlanması;
Kateqoriya üzrə məhsullara satış qiymətlərinin təyin edilməsi;
Kateqoriya üzrə apteklərdə məhsulların mal qalıqlarına nəzarət;
Kateqoriya üzrə apteklərdə hərəkətsiz məhsulların izlənməsi və onlarla bağlı tədbirlərin görülməsi;
Endirim kartlarına tətbiq olunan faizlərin bazada işlənməsi və nəzarəti;
Eksklüziv məhsulların kampaniya aktivliyinin aparılması;
Onlayn satış və məhsulların saytda aylıq endirimlərinin siyahısının hazırlanması;
Əczaçının bonusun qazanması üçün investisiya siyahısının hazırlanması və proqrama işlənməzi üçün təhvil verilməsi.
İş şəraiti:
İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
Nahar şirkət tərəfindən təmin olunur;
Tibbi siğorta ilə təmin olunma;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10387
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+