Resepşn

Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 26 fevral 2026

Son Tarix: 25 mart 2026

Təsvir

Ümumi tələblər

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

  • Səlis və aydın nitq qabiliyyəti;

  • Yaş həddi: 22-35;

  • MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;

  • Azərbaycan dili və rus dili səlis, ingilis dili biliyi arzuolunandır;

  • İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq.

Vəzifə öhdəlikləri

  • Daxil olan zənglərin və müraciətlərin qəbul edilməsi, onların qeydiyyatının aparılması və düzgün koordinasiya edilməsi;

  • Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması və təyinat üzrə yönləndirilməsi;

  • Gələn ziyarətçilərin qarşılanması, qeydiyyata alınması və yönləndirilməsi;

  • Kargüzarlıq və sənəd dövriyyəsi işinin aparılması;

  • Gündəlik, həftəlik, aylıq və illk hesabatların hazırlanması.

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;

  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;

  • Əmək haqqı 700-800 AZN (Namizədin təcrübəsindən asılı olaraq)

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Manufacturing

Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9881

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Kateqoriya üzrə mütəxəssis (Uşaq və gigiyena məhsulları üzrə)

Tam Ştat

Ali təhsil; Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür; Bazar araşdırması, rəqib analizi və istehlakçı trendlərinin təhlili üzrə praktiki biliklər. Əsas vəzifə öhdəlikləri: Nəzarətində olduğu kateqoriya üzrə işin aparılması; Mövcud təchizatçılarla məhsulların alış həcmi, satış qiymətləri, kampaniyalar, investisiya məhsulları və digər aktivliklər üzərindən danışıqların aparılması; Səmərəli təchizatçıların tapılması və əməkdaşlıq təkliflərinin hazırlanması; Kateqoriya üzrə məhsullara satış qiymətlərinin təyin edilməsi; Kateqoriya üzrə apteklərdə məhsulların mal qalıqlarına nəzarət; Kateqoriya üzrə apteklərdə hərəkətsiz məhsulların izlənməsi və onlarla bağlı tədbirlərin görülməsi; Endirim kartlarına tətbiq olunan faizlərin bazada işlənməsi və nəzarəti; Eksklüziv məhsulların kampaniya aktivliyinin aparılması; Onlayn satış və məhsulların saytda aylıq endirimlərinin siyahısının hazırlanması; Əczaçının bonusun qazanması üçün investisiya siyahısının hazırlanması və proqrama işlənməzi üçün təhvil verilməsi. İş şəraiti: İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93); 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; Nahar şirkət tərəfindən təmin olunur; Tibbi siğorta ilə təmin olunma; Əmək haqqı müsahibə əsasında razılaşdırılır. Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.