SEO üzrə mütəxəssis

Bakı

Tam Ştat

Orta Səviyyə

1.200 - 1.500 AZN

Yerləşdirilib 1 aprel 2026

Son Tarix: 11 may 2026

Təsvir

Vəzifə: SEO üzrə mütəxəssis

1.Vəzifələr və məsuliyyətlər:

  • SEO optimallaşdırılmış məzmunun yaradılması (məhsul təsvirləri, kateqoriyalar, blog yazıları, meta-təsvirlər);

  • Açar sözlərlə işləmək (semantikanın təhlili, mətnlərə təbii şəkildə daxil edilməsi);

  • Unikal və strukturlaşdırılmış mətnlərin yazılması, axtarış alqoritmləri (Google, Yandex) nəzərə alınmaqla;

  • Məzmunun redaktəsi və korrektəsi, yüksək yazı keyfiyyəti və oxunaqlılığının təmin edilməsi;

  • Məzmunun iki dilə (rus və azərbaycan) uyğunlaşdırılması;

  • Məzmunun effektivliyinin monitorinqi (CTR, davranış faktorları, axtarışdakı mövqelər).

Əmək haqqı: 1200-1500 AZN.
İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını poçt ünvanına mövzu hissədə “SEO üzrə mütəxəssis” adını qeyd edərək göndərə bilərlər.

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : -
2.Tələb edilən bacarıqlar və təhsil:

  • Rus və azərbaycan dillərini bilmək (qrammatika, üslub, orfoqrafiya yüksək səviyyədə);

  • İxtisas üzrə təhsil arzuolunandır (jurnalistika, filologiya, diplomatiya);

  • İş təcrübəsi: SEO mütəxəssisi kimi 1 il və daha çox;

  • Yaş: 22-40;

  • SEO əsasları haqqında biliklər (açar sözlər, sıxlıq, LSI, uyğunluq);

  • SEO alətləri ilə iş təcrübəsi (Google Search Console, GA4, Yandex.Metrics, Ahrefs, Semrush, Similarweb və s.);

  • Satış mətnlərinin yazılması bacarığı (e-commerce, blog, landinq səhifələri);

  • Diqqətcil olmaq və vaxtında işləmək bacarığı;

  • UX-kopiraytinq prinsiplərini bilmək üstünlükdür.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12401

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Kontent menecer

Tam Ştat

Vəzifə: Kontent menecer Vəzifələr və məsuliyyətlər: Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi; Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması; Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi; Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; Digər şöbələr və ya heyətlər ilə sıx əlaqə; SMM komandasına və dizaynerə tapşırıqlar vermək və koordinasiya etmək; Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət etmək; SEO uyğun mətnlərin hazırlanmasına nəzarət etmək (sayt üçün); ⁠SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmək. Əmək haqqı: 1200-1500 AZN. İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar. İş yeri:H.Əliyev pr.152, Çinar Plaza. Uyğun namizədlər CV fomalarını e-poçt ünvanına mövzu hissədə “Kontent menecer” adını qeyd edərək göndərə bilərlər.

Bakı

Merçendayzer

Tam Ştat

Vəzifə: Merçendayzer (My Grocery MMC) Vəzifələr və məsuliyyətlər: Məhsulları müəyyən olunmuş düzülüş standartlarına uyğun olaraq satış nöqtələrində vitrin, rəf və digər sərgilənmə sahələrində yerləşdirmək; Təyin olunmuş iş günləri və iş saatlarında təhkim olunmuş mağazalarda fəaliyyət göstərmək; Şirkət məhsullarını mağazaya uyğun kateqoriyalar üzrə təmin etmək və təmsil etmək; Məhsulların vitrin düzülüşünə, istifadə müddətinə və tövsiyə olunan satış qiymətlərinə nəzarət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq düzəlişlər aparmaq; Müəyyən dövrlərdə keçirilən aksiyalar və kampaniyalar barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq; Müştəri ilə şirkət arasında borc hesabları üzrə yaranan fərqlərin araşdırılmasında yaxından iştirak etmək və müştəriyə müvafiq açıqlamalar vermək; Mağaza daxilində hər hansı dəyişiklik və ya problem yarandıqda bu barədə dərhal hesabat verdiyi instansiyaya məlumat vermək; Şirkət ilə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə əməl olunmasını təmin etmək; Müqavilə şərtlərinə müştəri tərəfindən əməl edilmədikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. Əmək haqqı: 800 AZN İş qrafiki: I–V günlər (09:00–18:00); istirahət günləri: şənbə və bazar İş yeri: H. Əliyev pr. 152, Çinar Plaza Uyğun namizədlər CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.

Bakı