Kontent menecer

Bakı

Tam Ştat

Menecer

1.200 - 1.500 AZN

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 20 aprel 2026

Təsvir

Vəzifə: Kontent menecer

  1. Vəzifələr və məsuliyyətlər:

  • Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;

  • Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması;

  • Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;

  • Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini;

  • Digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;

  • SMM komandasına və dizaynerə tapşırıqlar vermək və koordinasiya etmək;

  • Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət etmək;

  • SEO uyğun mətnlərin hazırlanmasına nəzarət etmək (sayt üçün);

  • ⁠SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmək.

Əmək haqqı: 1200-1500 AZN.
İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
İş yeri:H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını e-poçt ünvanına mövzu hissədə “Kontent menecer” adını qeyd edərək göndərə bilərlər.

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : -
2. Tələb edilən bacarıqlar və təhsil:

  • Marketinq, media və ya uyğun sahə üzrə ali təhsil;

  • Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə minimum 3 il iş təcrübəsi;

  • Portfolio (Video kontent üzrə və ya blog üzrə arzuolunandır);

  • Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi; Rus dili və İngilis dili əlavə üstünlükdür;

  • Təqdimat etmə bacarığı;

  • Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı;

  • Məzmunun cəlbedicilik səviyyəsini müəyyən etmək üçün analiz qabiliyyəti;

  • Yüksək səviyyədə yazılı ünsiyyət bacarıqları.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10924

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Merçendayzer

Tam Ştat

Vəzifə: Merçendayzer (My Grocery MMC) Vəzifələr və məsuliyyətlər: Məhsulları müəyyən olunmuş düzülüş standartlarına uyğun olaraq satış nöqtələrində vitrin, rəf və digər sərgilənmə sahələrində yerləşdirmək; Təyin olunmuş iş günləri və iş saatlarında təhkim olunmuş mağazalarda fəaliyyət göstərmək; Şirkət məhsullarını mağazaya uyğun kateqoriyalar üzrə təmin etmək və təmsil etmək; Məhsulların vitrin düzülüşünə, istifadə müddətinə və tövsiyə olunan satış qiymətlərinə nəzarət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq düzəlişlər aparmaq; Müəyyən dövrlərdə keçirilən aksiyalar və kampaniyalar barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq; Müştəri ilə şirkət arasında borc hesabları üzrə yaranan fərqlərin araşdırılmasında yaxından iştirak etmək və müştəriyə müvafiq açıqlamalar vermək; Mağaza daxilində hər hansı dəyişiklik və ya problem yarandıqda bu barədə dərhal hesabat verdiyi instansiyaya məlumat vermək; Şirkət ilə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə əməl olunmasını təmin etmək; Müqavilə şərtlərinə müştəri tərəfindən əməl edilmədikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. Əmək haqqı: 800 AZN İş qrafiki: I–V günlər (09:00–18:00); istirahət günləri: şənbə və bazar İş yeri: H. Əliyev pr. 152, Çinar Plaza Uyğun namizədlər CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.

Bakı